Abdulla Mehrabov - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 06:06
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Abdulla Mehrabov
                                           Abdulla  Mehrabov                              Geri
     
    Abdulla Mehrabov 1938–ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuş, 1957–ci ildə orta məktəbi qızıl medalla, 1962–ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1963–cü il yanvarın 20–dən Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1963–cü ildə elmi staj keçmək məqsədilə Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunun (LİTMO) istilik fizikası kafedrasına göndərilmiş və 1964–1967–ci illərdə bərk cisimlər fizikası ixtisası üzrə LİTMO–da əyani aspiranturada təhsilini davam etdirmiş, 1967–ci ildə vaxtından əvvəl "Qurğuşun–manqan ərintilərinin fiziki xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
    1967–ci ildən 1975–ci ilədək A.Mehrabov Politexnik İnstitutun fizika kafedrasında assistent, baş müəllim, fizika kafedrasının müdiri vəzifələrində işləmişdir. 1975–ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaranmış və o, bu institutda fizika kafedrasına rəhbərlik etmişdir. 1983–cü ildə "Mürəkkəb həndəsi formalı konstruksiyalarda istilik ötürülməsinin problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almış, 1984–cü ildən fizika kafedrasının professorudur.
    O, 1988–1992–ci illərdə Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyində nazir müavini vəzifəsində işləmiş, burada texinki peşə, ali təhsilin inkişafı, çoxpilləli təhsilin respublikada tətbiqinə dair işlər aparmış, Təhsil Qanununun hazırlanmasında fəal iştirak etmişdir. 1992–2000–ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində rektor əvəzi, tədris–tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmış, 1997–ci ildən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Tədrisin təşkili və idarəolunması” elmi–metodiki şuranın sədridir.
    Abdulla müəllim "Bərk cisimlər fizikası”, "İstilik fizikası və molekulyar fizika” ixtisasları üzrə dünya şöhrətli tanınmış alimdir. O, birinci dəfə bərk cisimlərin, mayelərin və qazların istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını yaratmış və geniş spektrli tədqiqatlar aparmışdır. Birinci dəfə mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi problemlərinin riyazi əsaslarını yeni yanaşmalardan istifadə edərək işləmiş və mürəkkəb həndəsi formalı konstruksiyalarda istiliyin paylanması mexanizmini araşdıraraq kəmiyyət və keyfiyyətcə dünyanın aparıcı elmi–tədqiqat mərkəzləri tərəfindən yüksək qiymətləndirilmiş elmi nəticələr əldə etmişdir. "Bərk cisimlərin radiasiya fizikası” sahəsində əldə etdiyi elmi nəticələr ixtisasçılar tərəfindən yüksək qiymətləndirilmiş və qəbul olunmuşdur. Uzun müddət (1975–1997–ci illər) rəhbərlik etdiyi Azərbaycan İnşaat Mühəndisləri Universitetinin fizika kafedrasında "Bərk cisimlərin radiasiya fizikası”, "İstilik fizikası və molekulyar fizika”, "Ali Texniki institutlarda fizikanın tədrisi” problemləri ilə bağlı fundamental və tətbiqi xarakterli tədqiqatlar apararaq tanınmış elmi kollektiv yaratmış, bilavasitə onun rəhbərliyi altında on iki elmlər doktoru, iyirmi yeddi elmlər namizədi hazırlanmışdır. Dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 350–dən çox elmi məqalənin, 38 elmi–metodiki vəsaitin, 8 dərslik və dərs vəsaitinin, 7 monoqrafiyanın və 13 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi” monoqrafiyası elm sahəsində yüksək qiymətləndirilmiş və o, 1992–ci ildə Nyu–York Elmlər Akademiyasının (ABŞ) və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir.
    O, Beynəlxalq Ekoenergetika Akademiyasının Rəyasət Heyətinin 5 may 1999–cu il tarixli qərarı ilə Akademiyanın Qızıl Medalı ilə təltif olunmuşdur. Amerikanın Beynəlxalq Bioqrafiya İnstitutunun müəyyən etdiyi "XXI əsrin astanasında” dünya şöhrətli alimlər içərisində qazandığı elmi nəticələrə görə 2000 və 2006–cı illərdə Amerikada cap olunan məlumat kitabına professor A.Mehrabovun tərcümeyi–halı daxil edilmiş və ona Xüsusi Diplom və Xatirə Qızıl Medalı verilmişdir.
    Abdulla Mehrabov 45 ilə yaxındır ki, müxtəlif ali və orta peşə–ixtisas məktəblərində ümumi fizika kursunun tədrisi ilə məşğul olur. O, ümummilli liderimiz Heydər Əliyev tərəfindən 2000–ci ildə yaradılmış Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna 2001–ci ildən rəhbərlik edir.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sistemini milli maraqlara uyğun qurmaq imkanı əldə etsə də, təhsil problemlərinin hərtərəfli öyrənilməməsi, təhsil quruculuğu sahəsində yüksək ixtisaslı mütəxəssislərin kifayət qədər olmaması təhsil quruculuğuna böyük maneələr törətməyə başladı. Ona görə də təhsil sisteminin müasir problemlərinin fəlsəfi, pedaqoji, psixoloji aspektlərinin qarşılıqlı əlaqələri və qloballaşma şəraitində milli–mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi və müasirliyi nəzərə alınaraq öyrənilməsi ön plana keçirildi. Professor A.Mehrabovun bu problemlərlə bağlı apardığı tədqiqatlarda pedaqoji ictimaiyyət və elm adamları tərəfindən xüsusi maraqla qarşılanmışdır.
    Araşdırmalar əsasında professor A.Mehrabov müəyyənləşdirmişdir ki, təhsilin fundamentallığı onun məzmununun sosial yönümlüyünün və milli–mənəvi dəyərlərin əsas göstəricisidir və ona bərabərhüquqlu üç komponentin məcmusu kimi baxmaq lazımdır: fundamentallıq (biliklərin verilməsi); humanitar istiqamətlilik (tərbiyə problemi) və tətbiqi istiqamətlilik (peşəkar bacarıqların formalaşdırılması və inkişafı). Belə yanaşmada məzmunun bütövlüyü (fundamentallığı) üçlüyün bütün komponentlərinin dinamik balansında nəzərə alınıb həyata keçirilir. O, insan, fərd və şəxsiyyət anlayışlarına tədqiqatlarında öz münasibətini bildirərək belə nəticəyə gəlmişdir ki, XXI əsrdə ən heyrətamiz kəşflər elmin və texnikanın inkişafı sayəsində deyil, "insan” amilinin yeni baxımdan ön plana çəkilməsi və qiymətləndirilməsi sayəsində ediləcəkdir. A.Mehrabov belə qənaətə gəlmişdir ki, müasir dövrdə təlimin fundamentallığı elə təmin olmalıdır ki, ictimai fəaliyyətin pozitiv prinsipləri əsasında elmi biliklərin əsaslarına söykənən həyati bacarıqların qazanılmasından başqa, təfəkkür mədəniyyətinin, əqli tərbiyənin yüksəldilməsi nəticəsində insanın özünü dərk etməsi təmin olunsun.
    Təhsil Problemləri İnstitutunda işlədiyi qısa müddətdə professor A.O.Mehrabov respublikanın və xarici ölkələrin aparıcı elmi jurnallarında təhsilin müasir problemlərinə həsr olunmuş 70–dən çox elmi məqalə çap etdirmiş, pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Təhsil sistemində monitorinq və qiymətləndirmə” (2003, 416 səh.), "Testologiya və müasir təhsil” (2003, 208 səh.), "Təhsil marketinqinin əsasları” (2005, 237 səh.), "Termodinamika və istilik texnikasının əsasları” (dərs vəsaiti, 2005, 305 səh.), "Pedaqoji texnologiyalar” (2006, 372 səh.) adlı iri həcmli monoqrafiyalar və dərs vəsaitləri hazırlamışdır.
    Professor A.Mehrabov 23 aprel 2004–cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilmişdir.
    Onun ictimai fəaliyyəti də təqdirəlayiqdir. A.Mehrabov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının üzvü kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərmiş Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən 02.191 nömrəli Dissertasiya Şurasının və Respublika Milli Elmlər Akademiyası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) 3 may 2006–cı il 5/2 nömrəli qərarı ilə yaradılmış Təhsil Tədqiqatları üzrə Problem Şuranın (TTPŞ) sədridir. Azərbaycan Respublikasının Prezidentinin 2005–ci il 4 oktyabr tarixli 1034 nömrəli sərəncamı ilə o, "Tərəqqi” medalı ilə təltif olunmuşdur.
    Professor A.Mehrabov nəinki Azərbaycanda, həmçinin yaxın və uzaq xarici ölkələrdə "Bərk cisimlərin istilik və radiasiya fizikası” sahəsində tanınmış alimdir. O, Azərbaycan Respublikasında təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı müasir problemlərdən elmi, pedaqoji, psixoloji əsaslarının araşdırılması və alınmış nəticələrin tətbiqi ilə məşğul olur, respublikada alternativi olmayan elm–təhsil müəssisəsi —Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru və Azərbaycan Memarlıq və İnşaat Universitetinin fizika kafedrasının professoru kimi fəaliyyətini davam etdirir.
    Amerika Bioqrafiya İnstitutundan alınan məlumata görə, texnika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Oruc oğlu Mehrabov 2007–ci ilin adamı adına layiq görülüb.
    İnstitutun direktoru, Beynəlxalq Tədqiqat Şurasının sədri E.M.Evans professor A.Mehrabova ünvanladığı məktubda yazır:”Böyük məmnuniyyət hissi ilə Sizə xəbər verirəm ki, Siz Amerika Bioqrafiya İnstitutunun 2007–ci ilin adamı Xatirə Medalı ilə təltif olunmuşsunuz”.

    professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilmiş, 2006-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

    Uzun sürən xəstəlikdən sonra 30 may 2015-ci ildə vəfat etmişdir.[1]

     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (14.01.2010)
    BAXILDI: 945 | TEQLƏR: mehr, abdul
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех