Bəhmən Nazıyev - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə axşamı, 08.12.2016, 00:18
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Bəhmən Nazıyev
                                           BƏHMƏN NAZIYEV                             Geri
     
    Bəhmən İlyas oğlu Nazıyev 1956-cı il avqustun 11-də Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1963-cü ildə Saraclı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973-cü ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində müsabiqədən keçməmişdir. Bir il Sumqayıt şəhərində Sintetik Kauçuk Zavodunda fəhlə işləmiş və 1974-cü ildə BDU-nun jurnalistika fakültəsinə qəbul imtahanları vermiş, lakin müsabiqədən keçməmişdir. 1974-1976-cı illərdə əsgəri xidmətdə olmuşdur. Hərbidən tərxis olunduqdan sonra üç (1976-1979) il Sumqayıt Kimya zavodunda fəhlə işləmişdir. 1979-cu ildə BDU-nun hüquq fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni başa vurmuşdur. 1986-cı ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. 1986-1990-cı illərdə Bakı nəqliyyat prokurorluğunda köməkçi vəzifəsini icra etmişdir. Respublika prokurorluğunun sərəncamı əsasında iki il (1990-1992) Ağdam rayon prokurorluğunda prokurorun köməkçisi işləmişdir. 1992-1995-ci illərdə Masallı rayon prokurorunun köməkçisi işləmişdir. 1996-2000-ci illərdə BDU-nun hüquq fakültəsinin kriminallaşdırmanın nəzəri problemləri kafedrasının dissertantı olmuş və 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi almışdır. Bəhmən Nazıyev bir müddət Nizami rayon prokurorunun köməkçisi, sonra isə Bakı şəhəri prokurorluğunda "Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət" şö’bəsinin rəis əvəzi və həmin şö’bənin prokuroru vəzifələrində işləmişdir. 1997-ci ilin avqustundan Xətai rayon prokurorluğunda baş müstəntiq, hazırda isə Xətai rayon prokurorunun köməkçisi vəzifəsini icra edir. Bəhmən Nazıyevin elmi və əmək fəaliyyəti 12 elmi əsərdə və "Kriminallaşdırmanın nəzəri problemləri" (1998) kitabında öz əksini tapmışdır. Bəhmən Nazıyev əmək fəaliyyəti ilə yanaşı elmi işini də davam etdirir. O, doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 851
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех