Binəli Musayev - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar ertəsi, 05.12.2016, 08:24
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Binəli Musayev
                                        BİNƏLİ  MUSAYEV                           Geri
    Binəli İsa oğlu Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır. 1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dossent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır. Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir. Bir sıra Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, elmi dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuranın və Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin üzvü idi. 1995-ci ildə Kanada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan komandası heyətinin rəhbəri olmuşdur. 1997–2005-ci illərdə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərindəki Dumlupınar Universitetində professor vəzifəsində çalışmışdır. 2005-ci ildən ömrünün sonunadək isə elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir. 2008-ci il aprel ayının 20-də Bakı şəhərində vəfat etmişdir.
      
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 848
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех