Binnət Bayramov - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar ertəsi, 05.12.2016, 08:25
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Binnət Bayramov
                                         BİNNƏT  BAYRAMOV                           Geri
     
     Binnət Yunus oğlu Bayramov 1942-ci il noyabrın 15-də Borçalı mahalının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1960-cı ildə kənd orta məktəbini gümüş medalla bitirmişdir. Elə həmin il də Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Ali təhsilini 1965-ci ildə fərqlənmə diplomu ilə başa vurduqdan sonra Ümumittifaq Neft-Maşınqayırma Layihə-Texniki Elmi-Tədqiqat İnstitutuna tə’yinat almışdır. 1967-ci ilə kimi mühəndis vəzifəsində işləyən B.Bayramov elə həmin il ordu sıralarına çağırılmışdır. 1968-ci ildə əsgəri xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Politexnik İnstitutunda "Maşınqayırmanın texnologiyası" ixtisası üzrə aspiranturanın əyani şö’bəsinə daxil olmuşdur. 1971-ci ildən həmin kafedranın assisenti vəzifəsinə tə’yin olunan Binnət Bayramov 1976-cı ildə "Qıfıl yivli birləşmələrin hesablanma dəqiqliyini tə’min edən şərtlərin tədqiqi" mövzusunda dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Neft və qaz sənayesində geniş tətbiq olunan bu dissertasiya o zaman müdafiə olunan ən yaxşı işlərdən biri hesab olunmuşdur. 1979-cu ildə baş müəllim vəzifəsinə tə’yin edilmiş, sonra fakültə dekanının müavini işləmişdir. 1980-ci ildən pedaqoji fəaliyyətini dosent vəzifəsində davam etdirən B.Bayramov 1982-1986-cı illərdə Afrikada-Tunisin Milli Mühəndislər İnstitutunda çalışmışdır. 1986-cı ildə yenidən vətənə qayıtdıqdan sonra elmi-pedaqoji fəaliyyətini Az.Pİ-də davam etdirmişdir. 100-ə qədər elmi əsəri, bir neçə dərs vəsaiti var. "maşınqayırma texnologiyası" (1995) dərsliyinin müəlliflərindən biridir. Binnət Bayramov uzun sürən xəstəlikdən sonra 1997-ci ildə vəfat etmiş, Bakı şəhərində Xırdalan qəbristanlığında dəfn olunmuşdur.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 562
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех