SARAÇLILAR Çərşənbə axşamı, 19.03.2024, 09:20
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Əflatun Saraçlı
                                            Əflatun  Saraçlı                                 Geri
     
    Məmmədov Əflatun Yunus oğlu 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır. Azərbaycan Yazarlar Birliyinin üzvü professor Əflatun Saraçlı həm də şair kimi tanınmışdır. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. Bir çox şeirləri dillər əzbəri olan şairin ilk şeri 1956-cı ildə "Stalin yolu” adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun "Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur. Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin "Günahsız Abdulla”, "Ləmbəli” əsərlərini, S.S.Orbelianinin "Uydurmanın hikməti” əsərini, "Bir sinədə iki ürək” (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət "Kür Araza qovuşur” kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir. Onun haqqında "Əflatun Saraçlı" adlı kitab (müəllifi professor Ş. Vəliyevdir) nəşr olunmuşdur. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının "Şərəf ordeni” ilə təltif olunmuşdur. 2008-ci il yanvarın 22-də Bakı şəhərində vəfat etmişdir.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (15.01.2010)
    BAXILDI: 1026 | TEQLƏR: ef, sar
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52