İlqar Səfərli - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə axşamı, 08.12.2016, 00:18
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    İlqar Səfərli
                          İlqar  Səfərli                 geri
     
    İlqar  Seyfəddin  oğlu Səfərli  1973-cü  ildə  mart  ayının  2-də  Gürcüstan  Respublikasının  Bolnisi  rayonu  Saraclı  kəndində  anadan  olub,  1979-cu  ildə  Saraçlı  kənd  orta məktəbinin 1-ci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olub, həmin universiteti 1995-ci ildə bitirərək riyaziyyatçı ixtisasını almışdır. 1995 -2001-ci illərdə orta məktəbdə riyaziyyat müəllimi, 2002-ci ildə Sumqayıt Dövlət Universitetinin "Mexanika-riyaziyyat” fakültəsinin "Ali riyaziyyat” kafedrasında böyük laborant vəzifəsində, 2003-cü ildə "Riyazi analiz və diferensial tənliklər” kafedrasında assistent vəzifəsində, 2004-cü ildən isə "Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasında müəllim vəzifələrində işləmişdir.  
       2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisaslaşmış Elmi Şurada "Ümumtəhsil orta məktəblərdə riyaziyyatın coğrafiya ilə əlaqəli öyrənilməsinin riyaziyyat təlimi keyfiyyətinin yüksəldilməsinə təsiri” mövzusunda 13.00.02 - Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi, alimlik dərəcəsi almışdır.
        O, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin, 45 elmi məqalənin və 11 tezisin müəllifidir. O, Türkiyənin Hacıtəpə Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda, Rusiyada Aluşta şəhərində keçirilən Beynəlxalq Konfransda, "Riyazi fizikanın tərs məsələləri” Beynəlxalq Konfransında, "Müəllim hazırlığının müasir problemləri” Beynəlxalq Konfransında və bir sıra Respublika konfranslarında məruzə ilə çıxışlar etmişdir.
        2009-cu ildə müsabiqə yolu ilə «Riyazi analiz və funksiyalar nəzəriyyəsi» kafedrasının dosenti seçilmiş və hal-hazırda həmin kafedrada dosent vəzifəsində işləyir. Fakültə müəllim Həmkarlar Təşkilatının sədri və Riyaziyyat fakültəsi Elmi Şurasının üzvüdür.
        2007-ci ildən həm də Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında Elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, hal-hazırda "Riyaziyyat və tədrisi metodikası” kafedrasının müdiridir və doktorluq dissertasiyası üzərində işləyir.
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (01.01.2012)
    BAXILDI: 578
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех