Əlləz Daşdəmirov - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 07:50
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Əlləz Daşdəmirov
                                             ƏLLƏZ DAŞDƏMİROV                           Geri

    Əlləz İsa oğlu Daşdəmirov 1938-ci ildə Borçalı mahalının Bolus rayonunun Saraclı kəndində anadan olmuşdur. 1947-1958-ci illərdə kənd orta məktəbində təhsil almışdır.

    Saraclı orta məktəbinin ilk mə’zunlarından olan Əlləz Daşdəmirov elə həmin il indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş və 1959-cu ildə həmin Universiteti bitirmişdir.

    1963-cü ildə universitetin mühasib-iqtisadçı ixtisasını fərqlənmə diplomu ilə bitirən Əlləz Daşdəmirov tə’yinatla Abşeron raoynunun Zirə südçülük-tərəvəzçilik sovxozuna baş mühasib vəzifəsinə göndərilmişdir. 11972-ci ilə kimi əmək fəaliyətini burada davam etdirən Əlləz Daşdəmirov elə həmin il Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və təşkili İnstitutunun aspiranturasının əyani şö’bəsinə daxil olmuşdur.

    1975-ci ildə "Sovxozlarda əsas fondların təkrar istehsalı və onlardan istifadənin iqtisadi faydalılığı" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi-alimlik dərəcəsi almışdır. Həmin institutda kiçik elmi işçi, baş elmi işçi və şö’bə müdiri vəzifəsində çalışan Ə.Daşdəmirov 1984-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda dosent vəziyəsinə seçilmiş, elmi işini və pedaqoji fəaliyyətini davam etdirir.

    Əlləz Daşdəmirov elmi-pedaqoji fəaliyyəti 80-dən artıq elmi əsərdə, o cümlədən "əsas fondların təkrar istehsalı", "Əsas istehsal fondlarının normativləri" və "İstehsalda itkilərə qarşı mübarizə tədbirləri" (monoqrafiya, "Azərnəşr", 1982) adlı kitablarda, həmçinin iki dərs vəsaitində öz əksini tapmışdır.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 605
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех