Mətanət Mehrabova - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 18:10
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Mətanət Mehrabova
                                 Mətanət Mehrabova (Saraçlı)                Geri
     
        Mətanət Mehrabova Əhməd qızı 1964-cü il aprelin 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə 20 saylı musiqi məktəbinin fortepiano şöbəsini, 1981-ci ildə 159 saylı orta məktəbi bitirib S.M.Kirov adına ADU- nun fizika fakultəsinə daxil olmuşdur. O, 1986-ci ildə Azərbəaycan Dövlət Universitetinin fizika fakultəsini bitirib təyinatla Kosmik Tədqiqatlar EİB-də elmi fəaliyyətə başlayır. 1988-ci ildən akademik B.M.Əsgərovun və professor T.H.İsmayılovun rəhbərliyi altında "Yarımmaqnit yarımkeçiricilər və onların ölçüyə görə kvantlanmış lövhələrində zonalararası Faradey effekti” mövzusunda dissertasiya mövzusu üzərində işləyir və 1992-ci ildə Bakı Dövlət Universitetində "Bərk cisim fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsi alır.
       1994-ci ildən Radiasiya Problemləri İnstitutunda çalışır. İnstitutunda işlədiyi müddətdə nitrid borun səthində fotosorbsiya və fotokataliz prosesləri, AIIIBVI birləşmələrində defektlərin əmələ gəlmə mexanizminin nəzəri tədqiqi ilə məşğul olmuşdur. Radiasiyanın təsiri ilə AIIIBVI laylı kristallarının elektron struktrunda əmələ gələn lokal səviyyələr, bu səviyyələrin itməsi proseslərini nəzəri olaraq tədqiq etmişdir. Həmin yarımkeciricilər əsasında hazırlanan fotodetektorların iş rejimini optimallaşdırmaq məqsədi ilə onların fotoelektrik xassələrini nəzəri tədqiq edərək parametrlərin optimal qiymətlərinin seçilməsi məsələlərini araşdırmışdır. Son illərdə AIIMnВVI, AIVMnВVI yarımmaqnit yarımkeçiricilərinin nazik lövhələrinin alınması və onlarda defekt hallarinin tədqiqi ilə məşğuldur.
       2003-cü ildə "Azərbaycanın Gənc Alimləri” Beynəlxalq Layihəsinin qalibi olmuş və "XXI Əsrin Gənc Alimi” Beynəlxalq diplomu ilə təltif olunmuşdur.
    2007-ci ildən texnologiyanın transferi üzrə baş mütəxəssis, AMEA texnologiyaların kommersalizasiyası mərkəzinin üzvüdür.
       M.Ə.Mehrabova 100-ə yaxın elmi əsərin müəllifidir. Xarici ölkələrdə (Fransa, İtaliya, İsveçrə, Finlandiya, İngiltərə, Türkiyə, Rusiya və s.) və Azərbaycanda keçirilən Beynəlxalq konfranslarda elmi məruzələr edib. 10-a yaxın beynəlxalq elmi layihələrin müəllifi və iştirakçısıdır.
        Mətanət Əhməd qızı Mehrabova hal-hazırda Azərbəycan MEA Radiasiya Problemləri İnstitutunun doktorantı, "Beynəlxalq layihələr və informasiya” şöbəsinin müdiridir, dosentdir,  Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının akademiki (Rusiya), Beynəlxalq Ekoenerji Akademiyasının professorudur.
       Evlidir  2 övladı var, 
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (21.02.2011)
    BAXILDI: 946 | RƏYLƏR: 3
    BÜTÜN RƏYLƏR: 3
    3 Аygul   (02.06.2011 19:57)
    Я Вами горжусь!

    +1   Спам
    2 nailə muradova   (05.05.2011 02:27)
    Metanet senin uguruna cox sevindim

    1 Rufik   (01.04.2011 00:39)
    Супер!

    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех