SARAÇLILAR Cümə, 29.03.2024, 13:30
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Əmiraslan Əliyev
     
      
                                         ƏMİRASLAN  ƏLİYEV                             Geri
     
     Əmiraslan İbrahim oğlu Əliyev 1949-cu il fevralın 5-də Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi gümüş medalla bitirmiş, Azərbaycan Politexnik İnstitutunun elektron hesablama maşınları fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və 2 il Leninqrad şəhərində (indiki Sank-Peterburq) Ümumittifaq Elmi-Tədqiqat Radio Cihazları İnstitutunda mühəndis vəzifəsində işləmişdir. 1973-cü ildə Bakıya qayıtmış, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə qəbul edilmiş və dərinlik ştanqlı neft nasoslarının işini diaqnostika etmək üçün metodların və xüsusiləşdirilmiş hesablama qurğularının yaradılması məsələləri ilə məşğul olmuşdur. 1975-ci ildə EA-nın Kibernetika institutun aspiranturasına daxil olmuş və "Dərinlik neft quyularının idarə edilməsi və diaqnostikasının təkmilləşdirilməsi" mövzusunda dissertasiya işi yazaraq 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ilin iyul ayında Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şö’bəsinin layihə baş mühəndisi vəzifəsinə keçirilmiş və həmin ilin noyabr ayında laboratoriya müdiri təyin edilmişdir. AİS şö’bəsinə işə keçəndən sonra Əmiraslan Əliyev çoxmaşınlı hesablama komplekslərinin yaradılması, EHM-lər arasında informasiya mübadiləsi təşkili məsələləri ilə məşğul olmuşdur. 1985-ci ildən başlayaraq Elmlər Akademiyası və Dövlət Plan Komitəsi üçün lokal Akademiya şəbəkəsinin, Avropa Elmi-Tədqiqat və Akademiya İnstitutları şəbəkəsinin (EARM) Azərbaycan qovşağının yaradılması ilə məşğul olmuşdur. 1993-cü ildən Əmiraslan Əliyev Beynəlxalq INTERNET şəbəkəsində Azərbaycan qovşağının yaradılması, beynəlxalq qovşağın genişləndirilməsi və onun respublikada infrastrukturunun yaradılması ilə məşğul olan şö’bəyə rəhbərlik edib. Ə. Əliyev 42 elmi məqalənin və 11 ixtiranın müəllifidir. Bunların çox hissəsi keçmiş ümumittifaq və beynəlxalq elmi mətbuatda dərc edilmişdir. Ə. Əliyev həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, 1980-ci ildən Azərbaycan Texniki Universitetində "EHM kompleksləri, sistemləri və şəbəkələri" ixtisası üzrə müxtəlif fənlərdən dosent vəzifəsində mühazirələr oxumuşdur. Həmin universitetin tələbə və magistrlərinə elmi rəhbərlik edib.

    2007-ci ildən Azərbaycan Texniki Universitetində "EHM kompleksləri, sistemləri və şəbəkələri" ixtisasında bakalavr pilləsi üzrə buraxılış imtahan komissiyasının sədri olmuş.

    İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərib. 

    Ömrünün sonuna kimi institutda şöbə müdiri vəzifəsində çalışıb.

    2009-cu ildə "Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.
     
    Mayın 5-i 2010-cu ilde Bakı şəhərində vəfat edib. Allah rehnet eylesin, qəbri nurla dolsun.
     
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 1299
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52