Taryel Hüseynov - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 18:13
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Taryel Hüseynov
     
     
                                               TARİYEL HÜSEYNOV                                  Geri
     
     Tariyel Nəbi oğlu Hüseynov 1943-cü ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1950-ci ildə Saraclı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1960-cı ildə həmin məktəbi gümüş medalla bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə təhsilini başa vurmuşdur. 1966-1969-cu illərdə böyük mühəndis vəzifəsində, 1969-1980-ci illərdə AzTU-da assistent, 1980-1993-cü illərdə baş müəllim işləmişdir. 1992-ci ildə Moskvada Avtomexanika İnstitutunda "Mexaniki və Fiziki-Texniki emal prosesləri dəzgah və alət" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ildə həmin kafedranın dosenti seçilmişdir. Tariyel Hüseynov işlədiyi bu müddət ərzində beynəlxalq və respublika səviyyəli 10-dan artıq konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir. Onun elmi və pedaqoji fəaliyyəti 20 elmi əsərdə və bir neçə metodiki göstərişdə öz əksini tapmışdır. Tariyel Hüseynov 2012-ci ilə kimi  Azərbaycan Texniki Universitetində dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
      Tariyel Nəbi oğlu Hüseynov  11 aprelin 2012-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (22.01.2010)
    BAXILDI: 597
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех