SARAÇLILAR Cümə, 29.03.2024, 11:28
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Vüqar Mehrabov
                                                VÜQAR MEHRABOV                                    Geri
     
    Vüqar Abdulla oğlu Mehrabov 1969-cu il avqust ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhəri 20 saylı orta məktəbin birinci sinfinə getmiş və 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1985-ci ildə Azərbaycan məktəblilərinin riyaziyyat üzrə olimpiadasında 2-ci yeri, 1986-cı ildə isə 1-ci yeri tutmuşdur. Bundan əlavə o, 1985-ci ildə SSRİ EA-nın "Kvant" jurnalının qalibi olmuşdur. 1986-cı ildə məktəblilərin riyaziyyat üzrə Ulyanovsk şəhərində keçirilən SSRİ üzrə olimpiadasında iştirak etmiş və II yeri tutmuşdur.
    Vüqar Mehrabov 1986-cı ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə BDU-nun "Funksional analiz və funksiyalar nəzəriyyəsi" kafedrasında əyani aspiranturaya daxil olmuş və 1995-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirmişdir. 1996-cı ilin fevralında Azərbaycan Respublikası EA-nın Mexanika və Riyaziyyat İnstitutunun nəzdindəki Elmi Şurada "Periodik əmsallı Pauli operatorunun spektri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
    Vüqar Mehrabov hazırda BDU-nun mexanika-riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının dosentidir.
    2005 –ci ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetdə ümumi işlər üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
    Dos. V.A.Mehrabov 15 ildir ki,təhsil sahəsində fəaliyyət göstərir.
    Bu müddətdə elmi –pedaqoji işlərlə yanaşı elmi –tədqiqat işləri də aparmışdır.Onun 5 dərs vəsaiti və monoqrafiyası,20 –yə yaxın məqaləsi vardır.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (22.01.2010)
    BAXILDI: 1598
    BÜTÜN RƏYLƏR: 0
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 130
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52