Yaşar Nazıyev - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Çərşənbə, 07.12.2016, 12:33
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Yaşar Nazıyev
                                           YAŞAR  NAZİYEV                              Geri
    Yaşar Mövlud oğlu Naziyev 1933-cü ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (Bolnisi) Saraclı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutuna qəbul olmuş və energetika ixtisası üzrə institutu fərqlənmə diplomu ilə başa vurmuş, Azenerji sistemində mühəndis və sonra isə orta məktəbdə müəllim işləmişdir. 1958-1961-ci illərdə Moskva şəhərində Dövlət Azot Sənayesi İnstitutunun aspiranturasında elmi işini tamamlamış və 1962-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib, elmi dərəcə almışdır. Səkkiz ildən sonra SSRİ EA-nın Q.M.Krjijanovski adına Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. 360-dan çox elmi əsərin müəllifidir, o cümlədən 2 monoqrafiya (Moskva şəhəri), 4 dərs kitabı (Azərbaycan dilində), bir çox dərs vəsaiti və mühazirələr konspekti, 26 məqaləsi uzaq xarici ölkələrdə (ABŞ, Almaniya, Rumıniya, Türkiyə) çap olunmuşdur. Bir çox xarici ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısıdır (ABŞ, Rusiya, Almaniya, Fransa, İsveç Türkiyə və s.). 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, elm və texnika üzrə Z.Tağıyev adına mükafat almış, "Şərəf" ordeni ilə təltif edilmişdir. 5 elmlər doktoru və 30-a yaxın elmlər namizədi yetişdirmiş, respublika termodinamika sahəsində yeni elmi məktəb yaratmışdır. IUPAC (Nəzəri və Tətbiqi Kimya üzrə Beynəlxalq Birlik) Sovet komissiyasının uzun müddət, Qroznı şəhərində ixtisaslaşdırılmış şuranın 10 il üzvü, Bakıda isə sədr müavini olmuşdur. Azərbaycan AAK-ın ekspertidir, AzTU nəzdində olan ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycan Təhsil Nazirliyinin Elmi-metodik Şurasının "Energetika" bölməsinin 10 il sədri olmuşdur (1988-1998). Bir çox dərsliklərə və kitablara redaktorluq, dissertasiyalara opponentlik etmişdir. 19 adda monoqrafiyalarda, dərsliklərdə, sorğu kitabçalarında və bir sıra elmi məqalələrdə onun əsərlərinə istinad edilmişdir. O, sür’ətli və qeyri-stasionar üsulla işləyən yeni prisizion cihazlar işləyib hazırlayıb ki, onlar indi də keçmiş SSRİ-nin müxtəlif şəhərlərində istifadə edilir. Bə’zi ölçmə metodları üçün nəzəri məsələlərə baxmış və onları həll etmişdir. Onun başçılıq etdiyi kafedra bir sıra xarici universitetlərlə sıx əlaqə saxlayır. O, rus alimi İ.F.Qolubev, Hollandiya alimi Miçels, Amerika alimi Quldnerlə bir vaxtda dünyada birinci dəfə olaraq (1961) istilikkeçirmənin böhran nöqtəsi ətrafında ekstremal dəyişməsini müşahidə etmiş və onun isbatının sinqulyar hissəsinin olmasını dünyanın məşhur alimləri qəbul etmişlər. Bir çox maye və qazlar üçün eksperimental yolla yüksək hal parametrlərində istilik-nüvə xassələrinin (sıxlıq, özlülük, istilikkeçirmə, istilik tutumu, diffuziya) tədqiq etmiş və alınan nəticələr məsləhət görülən sorğu mə’lumatları (RSD) kimi attestasiya edilmiş və xarici ölkələrin sorğu kitablarına daxil edilmişdir.
      
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (22.01.2010)
    BAXILDI: 867
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех