Zülümxan Musayev - ALİMLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Şənbə, 03.12.2016, 23:45
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ALİMLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Zülümxan Musayev
     
     
                                            Zülümxan Musayev                               Geri
     
    Zülümxan Musayev 1937-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunu Saraçlı kəndində anadan olmuşdur. Kənddə səkkizillik məktəbdə oxumuş, 1955-ci ildə Faxralı kənd orta məktəbini bitirib Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1960-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuran Z.Ə.Musayev Dövlət İmtahan Komissiyasının qərarı ilə institutun "Hidrotexniki tikintilər" kafedrasında asistent vəzifəsində saxlanılmışdır. 1963-cü ildə AzPİ rəhbərliyinin qərarı ilə Moskva Ümumittifaq Hidrotexnika və Melorasiya Elmi-Tədqiqat İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir. 1965-ci ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək AzPİ-yə qayıdıb müəllimlik fəaliyyətini davam etdirmişdir. 1989-cu ildə Tbilisi şəhərində "Çay hidrodüyümünün əsas qurğularının yeni konstruksiyasının yaradılması və onların nəzəri əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Z.Ə.Musayev 100-dən artıq elmi əsərin, 10 ixtiranın və ali məktəb tələbələri üçün öz sahəsində ilk dəfə yazılmış dərsliyin müəllifidir. Onun apardığı elmi tədqiqat işlərinin nəticələri respublikanın su təsərrüfat obyektlərində geniş surətdə tətbiq olunmuşdur. Təkliflərinin həyata keçirilməsi nəticəsində böyük iqtisadi səmərə əldə edilmişdir. Onun təklif etdiyi hidrotexniki qurğular ali məktəblərin dərs proqramlarına daxil edilmiş və müvəffəqiyyətlə tədris olunur. Ömrünün sonunadək Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Hidrotexniki qurğular və hidravlika" kafedrasının professoru olmuş Zülümxan müəllim 2003-ci il aprelin 7-də Bakı şəhərində vəfat etmişdir.
     
    KATEQORİYA: ALİMLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.01.2010)
    BAXILDI: 540
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех