SARAÇLILAR Cümə, 29.03.2024, 10:37
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Aşıq Hüseyn Saraçlı
    HÜSEYN  SARAAÇLI
     
    Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib.

     Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib.
     
     
    Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı – yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi.

    Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. Dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm", "Bağdad dübeyti" kimi saz havalarının müəllifi olan Aşıq Hüseyn Saraçlının çıxışları neçə-neçə bədii və sənədli filmin, televiziya verlişlərinin yaraşığı olmuşdur. "Tütək səsi" filmində çaldığı "Ruhani" havası isə tamaşaçını əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır.
    Hüseyn Saraçlı Azərbaycan aşıqlarının II və III qurultaylarının, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçısı olmuşdur.
    Onun haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısa metrajlı film çəkilib. Xalq şairi Bəxtiyar Vahabzadə böyük Ozan haqqında yazırdı: "... H.Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayət edəni də. Eyni zamanda o, həm liberetto müəllifidir, həm də bəstəkar".
    Aşıq Hüseyn Saraçlı 1980-ci ildə Gürcüstan SSR-nin Əməkdar mədəniyyət xadimi adına layiq görülmüş, bədii əsərlərindən ibarət toplu 1992-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub onun həyatı və sənət fəaliyyəti ilə bağlı "Hüseyn Saraçlı dastanı"nı yaratmışdır.
    Ustad aşıq 1987-ci ildə vəfat etmişdir. Məzarı Saraçlı qəbristanlığındadır. Doğma kəndində aşığın büstü qoyulmuşdur
    .
    Aşıq Hüseyn Saraclının anım günü hər il ənənəvi olaraq aprelin ikinci ongünlüyündə keçirilir.  2016-cı ildə görkəmli aşığın 100 illiyinin qeyd edilməsi qərara alınıb. 
     
     
    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (12.02.2010)
    BAXILDI: 3399 | RƏYLƏR: 1
    BÜTÜN RƏYLƏR: 1
    1 AKIF NAMAZOV   (17.09.2011 14:57) [Material]
    Cox yaxsı ısınızde ugurlar

    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52