SARAÇLILAR Cümə axşamı, 28.03.2024, 21:52
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Borçalı
     
    Borçalı  
    Borçalı - Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Kvemo Kartli kimi adlandırılan bölgənin tarixi adı. Etimoloji araşdırmalara görə Borçalı toponiminin "börü" və "çala" sözlərinin birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Anlamı "qurd çalası" və ya "qurd oylağı" deməkdir.
     
    Tarix
    1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadirin Muğanda şah elan olunmasının əleylinə çıxdığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylər bəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georqiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.
     
    İnzibati bölgüsü
    Sahəsi 6,528 min km2 (Gürcüstan ərazisinin 9,4%-i) təşkil edən Borçalı mahalı inzibati nöqteyi-nəzərindən hazırda Rustavi (Bostandərə) şəhəri də daxil olmaqla, 6 rayonu - Qardabani (Qaratəpə), Marneuli (Sarvan), Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetriskaro (Ağbulaq) və Salka (Barmaqsız) rayonlarını ehtiva edir. Bölgədə 7 şəhər (Rustavi - 114331 nəfər, Marneuli - 19897 nəfər, Qardabani - 11786 nəfər, Bolnisi - 9938 nəfər, Dmanisi - 3426 nəfər, Tetriskaro - 4007 nəfər, Salka - 1741 nəfər), 8 qəsəbə (Kazret - 7268 nəfər, Tamaris - 434 nəfər, Böyük Lilo - 2132 nəfər, Kocor - 1358 nəfər, Mənglis - 2679 nəfər, Şaumyan - 3629 nəfər, Bedian - 218 nəfər, Trialet - 326 nəfər) və 348 kənd mövcuddur (ətraflı olaraq bax: Borçalı kəndləri)
     
    Fiziki-coğrafi oçerk
    Qədim Borçalı diyarı Aran Borçalı və Dağ Borçalı olmaqla 2 hissədən ibarət olmuşdur. Aran Borçalı Gürcüstanın Azərbaycan və Ermənistanla sərhədyanı bölgəsini əhatə edir. Şimaldan Cocer dağları (Trialeti silsiləsi), cənubdan Ermənistan, qərbdən Qaraxaç yaylası (Cavaxet silsiləsi), şərqdən Azərbaycan Respublikası və İori yaylası ilə hüdudlanır. Ermənistan SSR yaradılanadək Borçalı cənubdan Ermənistanın hazırda Lori və Tavuş adladırılan vilayətlərinin şimal hissəsini də ehtiva etmişdir (Dağ Borçalı). Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.
     Borçalının ərazisi Xram və Kür çaylarının aşağı axarlarında dəniz səviyyəsindən təqribən 280 metrdən başlayaraq Qaraxaç yaylaqlarında hündürlüyü 3196 metrə çatan Axçalı dağınadək olduqca müxtəlif relyefə malikdir. Qədim Borçalı mahalının ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv. km.-ə, 1922-1929-cu illərdə (qəza məhz 1929-cu ildə rayonlara bölünmüşdür) isə 2665 kv. km.-ə qədər azaldılmışdır. Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485 km. olmuşdur. İqlimi mülayim kontinentaldır.
     
    Demoqrafik vəziyyət
    Gürcüstan Statistika Departamentinin məlumatlarına görə 2006-cı ildə Borçalı bölgəsinin əhalisi 507,6 min nəfər və ya Gürcüstanın cəmi əhalisinin 11,5%-ni təşkil etmişdir. Əhalinin 37,2%-i şəhərlərdə, 62,8%-i isə kəndlərdə yaşayır. İntensiv təbii artımla və Gürcüstanın müxtəlif bölgələrindən əhalinin buraya yerləşdirilməsi ilə əlaqədar olaraq 2005-ci il ərzində əhalinin sayı 2,6% artmışdır.
     2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük (cəmi əhali üzrə 45,1%, kənd əhalisi üzrə 62,5%) təşkil edir. İkinci ən çoxsaylı milli toplum gürcülər (cəmi əhali üzrə 44%, kənd əhalisi üzrə 28,4%), üçüncü isə ermənilərdir. Regionda ailələrin sayı 133215-ə, hər ailəyə düşən insanların sayı isə 3,7 nəfərə bərabər olmuşdur.
     
    İqtisadiyyatı
    Sovetlər Birliyi dağıldıqdan sonra Borçalının iqtisadiyyatı dərin tənəzzül keçirmiş, sənaye müəssisələrin əksəriyyəti fəaliyyətini məhdudlaşdırmışdır. Bununla belə Gürcüstanın digər bölgələri ilə müqayisədə Rustavi sənaye şəhəri hesabına burada vəziyyət bir qədər qənaətbəxş olaraq qalmaqdadır. Gürcüstanda istehsal edilmiş sənaye məhsulunun 2005-ci ildə 18,5%-i, 2001-2005-ci illərdə isə orta hesabla 20,1%-i bu bölgənin payına düşmüşdür. Borçalıda orta aylıq əmək haqqı 183 lari (105 dollar) təşkil etməklə, orta Gürcüstan səviyyəsindən 14% çox olmuşdur.
     Borçalı hazırda mühüm kənd təsərrüfatı bölgəsi kimi seçilir. 2006-cı ildə Gürcüstanda taxıl sahələrinin 18%-i, tütünün 78%-i, paxlalı bitkilərinin 17%-i, kartofun 25%-i, tərəvəz məhsullarının 32%-i, bostan bitkilərinin 17%-i Borçalı bölgəsinin payına düşmüşdür.
     
    Borçalıya ermənilərin köçürülməsi tarixi
    Bu işdə çar Rusiyasının işinə daha çox ermənilər yarayırdı. Bəzi rus generalları çar Rusiyasının ermənilərə həddindən artıq imtiyazlar verməsinə narazılıq edirdilər. İmperatorun Baş Qərargah rəisi qraf Dubiçin Qafqazın Baş komandanı Paskeviçə göndərdiyi, Azərbaycan türklərinə məxsus torpaqlarda ermənilərə muxtariyyət verilməsini nəzərdə tutan «Qaydalar» Qafqazın mülki işlər üzrə hakimi general Velyaminov tərəfindən etirazla qarşılanmışdı. Velyaminov haqlı olaraq yazırdı : « Qara dənizdən Xəzər dənizinədək Rusiyanın sahib durduğu torpaqlarda əhalinin üçdən ikisini təşkil edən müsəlmanlar bu «Qaydalar»dan narazı qalacaq və onların Rusiyaya inamı sarsılacaq».
     Bununla belə çar Rusiyası Borçalıya yad etnik ünsürləri köçürməyə davam edirdi. E.D.Eritsovun yazdığına görə «Borçalı ərazisinə ermənilərin köçləri bir neçə dəfə olmuşdur». Dağ Borçalısına -Loruya və Cəlaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı - ayrı əyalətlərindən, Barmaqsıza (indiki Salka) Ərzurumdan, Xram çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873 - cü ildə Cəlaloğlunda 107 erməni ailəsi (877 nəfər) yerləşmişdisə, 1887 - ci ildə bu rəqəm 232 ailəyə (1630 nəfər) çatmışdı.Ərzurumdan Barmaqsızın Tamala Xaraba kəndində məskunlaşan qaraçılar da sonradan erməniləşdilər.Ermənilər əsasən xəzinə torpaqlarında məskunlaşdırılırdılar. Bu torpaqlar əslində çar hökumətinə boyun əyməyən Borçalı əsilzadələrinə mənsub olmuşdu. Barmaqsızın Sabit axça kəndinə köçürülən 25 kürd ailəsi 1885-ci ildə buranın iqlim şəraitinə uyğunlaşmayaraq Qarsa köçüb getmişdilər.[1]
     
          
    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (25.05.2010)
    BAXILDI: 1848
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 130
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52