Dünyamalı Saraclı (Bayramov) - MƏQALƏLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Çərşənbə, 07.12.2016, 12:35
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Dünyamalı Saraclı (Bayramov)
    Dünyamalı  Saraçlı
     
    Bayramov Dünyamalı Şəmsi oğlu 01.01.1953 ildə Gürcüstan r-sı Bolnis r-nun Saraclı kəndində anadan olmuşdur. 1970 illərdə Saraclı kəndi orta məktəbini bitirmişdir.Məktəb illərindən musiqiyə çox böyük həvəsi olan Dünyamalı İncəsənət Universitetinə qəbul olmaq arzusunda idi.Lakin O,1971-1977 cı illərdə ali təhsilini Bakı Dövlət Universitetinin filologiya fakulrəsində almış,universitet vaxtlarında ikən Dünyamalı bir çox özfəaliyyət dərnəklərində ,tədbirlərdə iştirak etmiş, Azerbaycan televiziyasında” Qara giləm”, "Əzəmətli Göyçayım” xalq mahnıları ilə çıxış etmişdir.
     
    O, bir  çox   rayonlar  (Quba, Qusar, Xaçmaz, Lənkəran, Lerik, Sabirabad, Saatlı, Səlyan və s.) toy şənliklərində xanəndəlik etmişdir.
    1980-1984 illərdə Ayaqqabı fabrikində təsərüfat şöbəsinin müdiri işləmiş,elə həmin illərdə Nərimanov rayonunun mədəniyyət evinin üzvü olmuşdur.
    1984-cü ildən 1989 ilə qədər Bakı Şin Zavodunun Mənzil İstismar idarəsində baş mühəndis vəzifəsində işləmiş,1989-1997 illərdə elə həmin idarənin rəisi vəzifəsində çalışmışdır
    2006-cı ildə onun xalq artisti Baba Mirzəyevin Misri ansambılı ilə ilk albomu işıq üzü görmüşdür.Bu albomda bir sıra xalq mahnıları, həmçinin sözləri Taryel Qəriblinin "Saraclı” adlı və Əflatun Saraclının "Borçalı” şerlərinə Əhsən Rəhmanlının bəstələdiyi mahnıları ifa etmishdir .
    Dünyamalı Saraçlı (Bayramov)  24.11.2010 - cu ildə Bakı şəhərində vəfat etmiş. Allah rəmət eyləsin qəbri nurla dolsun.
     
     SARACLI
    Borçalıda bir kənd vardır Saraclı
    Söylənilir deyirlər ki,Saraclı
    Meşəsi,dağları yallı,yamaclı
    Ey əziz vətənim canım Saraclı
     
    Alimi, təbibi igidi şanlı
    Ağsaqqalları var sanlı samballı
    Dünyaya səs saldı Hüseyn Saraclı
    Damarımda axan qanım Saraclı
     
    Yazda bənövşən var,həm qulançarın
    Yayda aşıb daşır dövlətin varın
    Payız oldu başlayırdı toyların
    Söylə səni necə danım Saraclı
     
    Qız gəlinlər bu obada həyalı
    Aya,günə bənzər, sanki camalı
    Çox toyların oxuyub Dünyamalı
    İstərəm səninlə qalım Saraclı
     
    Göllücədə babam dəyə salardı
    Arvad uşaq qeyidinə qalardı
    Qonağa qarıya süfrə salardı
    Səni unutmaq olarmı Saraclı
     
    Tap yolunla biz oduna gedərdik
    Suqarışanda fikirləri bölərdik
    Çöl armudu həm yemişan dərərdik
    Bənövşəni tuvluğuna bəzərdik
    İtirəndə quzuları gəzərdik
    Şən şanlısan Şöhrətlisən Saraclı
    Hər bir yerdə hörmətlisən Saraclı
     
                               Bayramov Dünyamalı Şəmşi o.

    Dostumuz Dünyamalıya
     
    Dostluqda etibarın, əzəmətli vüqarın
    Məhəbbətdir şüarın dostumuz Dünyamalı
     
    Musiqini sevirsən,dərdə dərman bilirsən
    Oxuyub sevinirsən səsin gəlsin Dünyamalı
     
    Əhsən səni çox sevir,sağlam görmək istəyir
    Qədr qiymətin bilir sağ ol səni Dünyamalı
     
    Qəlbi təmiz, üzü ağ qəlbindədir güclü dayağ
    Xoş əməlli dedin olaq Saraçlı Dünyamalı
     
    Dost qədrini bilirsən xoş günlər istəyirsən,
    Həyatda kef çəkirsən yaşa səni Dünyamalı
     
    Avaz ilə oxuyursan,mahnı çələng toxuyursan
    Şən mahnılar oxuyursan yüz il yaşa Dünyamalı
     
                                               Dostlarından yadigar 10.08.2007
     
     
    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (23.02.2011)
    BAXILDI: 813
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех