SARAÇLILAR Cümə, 29.03.2024, 13:00
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Ilin Adamı
    Amerika Bioqrafiya İnstitutundan alınan məlumata görə texnika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Oruc oğlu Mehrabov 2007-ci ilin adamı adına layiq görülüb. İnstitutun direktoru, Beynəlxalq Tədqiqat Şurasının sədri E.M.Evans professor A.Mehrabova ünvanladığı məktubda yazır: Hörmətli professor Mehrabov! Böyük məmnuniyyət hissi ilə sizə xəbər verirəm ki, siz  Amerika Bioqrafiya İnstitutunun
    2007-ci ilin adamı Xatirə Medalı ilə təltif
    olunmuşsunuz. Mən şəxsən özüm sizi
    nailiyyətlərinizə görə İlin adamı seçilməyiniz və adınızın Ekspertlər və Ekspertiza haqqında Beynəlxalq Məlumat kitabının ilk nəşrində əks tapmasının təşəbbüsçüsü olmuşam. İlin adamı Xatirə Medalının təqdim edilməsi institutun keçirdiyi ən yüksək mərasimlərdən biridir. Dünyada belə bir dizaynın ikinci analoqu mövcud deyil. İlin adamı medalının diametri 5 sm-dir. Lentlə bərkidilib. Hər medal xüsusi qutuya yerləşdirilib. üzərində ad həkk olunub. Müəlliflik Sertifikatı medaldan əvvəl göndəriləcək. Bu rəsmi sənəd medal alan şəxsi 2007-ci ilin adamı kimi tanıdacaq. Lakin mümkünsə, cavabı təyin olunmuş vaxtdan gec göndərməyin. Hörmətlə: E.M.Evans, Direktor, Beynəlxalq Tədqiqat Şurası. Abdulla Mehrabov 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuş, 1957-ci ildə orta məktəbi qızıl medalla, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1963-cü il yanvarın 20-dən Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1963-cü ildə elmi staj keçmək məqsədilə Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunun (LİTMO) istilik fizikası kafedrasına göndərilmiş və 1964-1967-ci illərdə Bərk cisimlər fizikası ixtisası üzrə LİTMO-da əyani aspiranturada təhsilini davam etdirmiş, 1967-ci ildə vaxtından əvvəl "Qurğuşunmanqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1967-ci ildən 1975-ci ilədək A.Mehrabov Politexnik İnstitutunun fizika kafedrasında assistent, baş müəllim, fizika kafedrasının müdiri vəzifələrində işləmişdir. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaranmış və o, bu institutda fizika kafedrasına rəhbərlik etmişdir. 1983-cü ildə "Mürəkkəb həndəsi formalı konsturksiyalarda istilik ötürülməsinin problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almış, 1984-cü ildən fizika kafedrasının professorudur. O, 1988-1992-ci illərdə Azərbaycan Respulikasının Xalq Təhsili Nazirliyində nazir müavini vəzifəsində işləmiş, burada texniki peşə, ali təhsilin inkişafı, çoxpilləli təhsilin respublikada tədqiqinə dair işlər aparmış, Təhsil Qanununun hazırlanmasında fəal iştirak etmişdir. 1992-2000-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində rektor əvəzi, tədris-tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmış, 1997-ci ildə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Tədrisin təşkili və idarəolunması" elmi-metodik şuranın sədridir. Abdulla müəllim "Bərk cisimlər fizikası", "İstilik fizikası və molekulyar fizika" ixtisasları üzrə dünya şöhrətli tanınmış alimdir. Uzun müddət (1975-1997-ci illər) rəhbərlik etdiyi Azərbaycan İnşaat Mühəndisləri Universitetinin fizika kafedrasında "Bərk cisimlərin radiasiya fizikası", "İstilik fizikası və molekulyar fizika", "Ali texniki institutlarda fizikanın tədrisi" problemləri ilə bağlı fundamental və tətbiqi xarakterli tədqiqatlar apararaq tanınmış, elmi kollektiv yaratmış, bilavasitə onun rəhbərliyi altında on iki elmlər doktoru, iyirmi yeddi elmlər namizədi hazırlanmışdır. Dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 350-dən çox elmi məqalənin, 38 elmi-metodik vəsaitin, 8 dərslik və dərs vəsaitinin, 7 monoqrafiyanın və 13 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi" monoqrafiyası elm sahəsində yüksək qiymətləndirilmiş və o, 1992-ci ildə Nyu-York Elmlər Akademiyasının (ABŞ) və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. O, Beynəlxalq Ekoenergetika Akademiyasının Rəyasət Heyətinin 5 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın Qızıl Medalı ilə təltif olunmuşdur. Amerikanın Beynəlxalq Bioqrafiya İnstitutunun müəyyən etdiyi "XXI əsrin astanasında" dünya şöhrətli alimlər içərisində qazandığı elmi nəticələrə görə 2000 və 2006-cı illərdə Amerikada çap olunan məlumat kitabına professor A.Mehrabovun tərcümeyi-halı daxil edilmiş və ona Xüsusi Diplom və Xatirə Qızıl Medalı verilmişdir. Abdulla Mehrabov 45 ilə yaxındır ki, müxtəlif ali və orta peşə-ixtisas məktəblərində ümumi fizika kursunun tədrisi ilə məşğul olur. O, ümummilli liderimiz Heydər Əliyev tərəfindən 2000-ci ildə yaradılmış Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna 2001-ci ildən rəhbərlik edir. Təhsil Problemləri İnstitutunda işlədiyi müddətdə professor A.Mehrabov respublikanın və xarici ölkələrin aparıcı elmi jurnallarında təhsilin müasir problemlərinə həsr olunmuş 70-dən çox elmi məqalə çap etdirmiş, pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Təhsil sistemində monitorinq və qiymətləndirmə" (2003, 416 səh.), "Testologiya və müasir təhsil" (2003, 208 səh.), "Təhsil marketinqinin əsasları" (2005, 237 səh.) "Termodinamika və istilik texnikasının əsasları" (dərs vəsaiti, 2005, 305 səh.), "Pedaqoji texnologiyalar" (2006, 372 səh.) adlı irihəcmli monoqrafiyalar və dərs vəsaitləri hazırlamışdır. Professor A.Mehrabov 23 aprel 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilmişdir. Onun ictimai fəaliyyəti də təqdirəlayiqdir. A.Mehrabov Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının üzvü kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərmiş, Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən 02.191 nömrəli Dissertasiya Şurasının və Respublika Milli Elmlər Akademiyası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) 3 may 2006-cı il 5/2 nömrəli qərarı ilə yaradılmış Təhsil Tədqiqatları üzrə Problem Şuranın (TTPŞ) sədridir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli 1034 nömrəli sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunmuş, həmçinin "Respublikanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.08.2010) | MÜƏLLİF: Malik RƏCƏB, İsmət SƏFƏROV
    BAXILDI: 1176
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52