SARAÇLILAR Bazar ertəsi, 22.10.2018, 05:55
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Məhəmməd Səfərov

                            

    Məhəmməd Səfərov

     

    Məhəmməd Səfərov (Məhəmməd İsa oğlu Səfərov; 1896-1972) — ingilabçı, XX əsrin əvvəllərində Gürcüstanda baş vermiş ingilabi hərəkatın gənc iştirakçılarından biri, ictimai xadim. Böyük Vətən müharibəsi illərnidə gördüyü işlərə görə “1941-1945 Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə” medalı almış, bir sıra medal və fəxri fərmanlarla mükafatlandırılmışdır. Xüsusilə də ibtidai və orta təhsilin inkişafında xüsusi xidmətinə görə.

    Həyatı

    Məhəmməd Səfərov 1896-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı (Borçalı) (indiki Mamxuti) kəndində anadan olmuşdur. 1911-ci ildə  təhsil almaq məqsədilə ilk dəfə Tiflisə gedir.Ancaq kasıb ailədən olduğu üçün məktəbə qəbul edilmir və burada qalıb işləməyə məcbur olur. 1913-1916-cı illərdə inqilabçı gənclərə qoşulub fəhlə hərəkatlarında  fəal iştirak edir,Filipp Maxardzenin başçılıq etdiyi təşkilata üzv qəbul olunur. Bundan başqa o,1918-ci ilin aprelində Borçalı qəzasında fəaliyyət göstərən cinayətkar dəstələrə qarşı mübarizə aparan gizli dəstənin fəal iştirakçılarından biri olmuşdur.  (К. Кərimov «Hədər getməyən ömür», Sovet Gürcüstanı, 7 yanvar 1988-ci il).

    1917-ci ildə M.Səfərov inqilab komitəsinin tapşırığı ilə doğma kəndə qayıdaraq fəaliyyətini davam etdirir.Gürcüstanda bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1921-ci ildə Borçalı Mahal İngilab Komitəsinin sədr müavini, bir il sonra Torpaq Komitəsinin sədri təyin olunub,hansı ki,indikiBolnisi rayonunun cənub bölgəsini əhatə edirdi.Komitə onun rəhbərliyi ilə “torpaq haqqında dekret”i uğurla həyata keçirir.  Səfərovun adı kəndlilərə torpaq vermiş bir insan kimi Borçalı tarixinə yazılır.

    1926-ci ilin mayında Məhəmməd Səfərov Saraçlı Kənd Sovetinin sədri seçilir.1927-ci ildə isə indiki Bolnisi rayonunun cənubunun bir neçə kənd sovetliyini birləşdirən İmirhəsən Nahiyə (Tem)Sovetliyinə başçiliq edir.O həmin illər cinayətkarlığa qarşı mübarizə aparır və NKVD-nin tapşırıği ilə 2 mindən artıq silah yiğilaraq dövlətə təhvil verilir.

    Məhəmməd Səfərov əhalinin savadsızlığının qarşısını almaq üçün mühüm işlər görmüşdür.Xalq Komisarları Sovetinin”əhalinin savadsızlığının aradan qaldırılması haqqında dekretinə əsasən” 1919-cu ildə Saraçlıda ilk dəfə açılmış 4 sinifli kiçik bir məktəb, 1926-1927-cı illərdə M.Səfərovun bilavasitə rəhbərliyi altında fundamental şəkildə qurulmuş və böyüdülmüş, hətta məktəbin binasında böyüklər üçün Əlifba Məktəbi də açılmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 30-cu illərin əvvəllərində Saraçlı məktəbi yeddillik orta məktəbə çevrilmiş,eyni zamanda, bundan əlavə Sarvan (Marneuli) məktəbi də əsaslı təmir olunmuşdur.

    60-cı illərin əvvəllərində M.Səfərovun böyük oğlu İlyas Səfərovun tövsiyyə və rəhbərliyi altında Saraçlı Kənd məktəb binası yenidən tikilmiş və istifadəyə verilmişdir.

    1929-1930-cu illər M.Səfərov Moskvada Kənd təsərrüfatı işçilərinin Ümumittifaq Kurslarında təhsil almışdır.

    Gürcüstanin Cənub bolgələrində Sovet hakimiyyətinin qurulmasında fəal iştirakına (qolçomaqlara qarşı mübarizı,torpaq islahatının həyata keçirilməsi və əhalinin savadsızlığının aradan qaldırılması) görə yubiley medalı ilə təltif olunmuşdur.  

    1941-1945 Böyük Vətən Müharibəsi illərində M.Səfərov cəhbə üçün isti paltar və sursat təşkil edib göndərir,  həmçinin onun şəxsən özü tərəfindən 25 min rubl məbləğində pul hərbi texnikanın yaradılmasına kömək üçün keçirilmişdir.

    Müharibə zamanı və müharibədən sonra gördüyü işlərə görə M.Səfərov medallarla tərtib edilmişdir: “1941-1945 Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə ”, Böyük Vətən Müharibəsində  Qələbənin 20 illiyi”,  “SSSR-in Silahlı Qüvvələrinin 50 illiyi”.

    1956-cı il. M.Səfərov Gürcüstanın Fəxri Təqaüdçüsü adına layiq görülülmüşdür. 1972-ci ildə vəfat edib, məzarı doğma kəndi Saraçlıdadır.  

    Müxtəlif illərdə tutduğu vəzifələrin siyahısı

    •  1921-ci il – Borçalı Qəza İngilab Komitəsinin sədr müavini.
    •       1922-1924-cü illər – Qəza Torpaq Komitəsinin sədri.
    •       1926-cı il-Saraçlı Kənd Sovetinin sədri.
    •       1927-ci il – İmirhəsən Nahiyə (Tem) Sovetinin sədri.
    •       1929-cu il – Borçalı Kəndli komitəsi və Borçalı Qəza Torpaq Şöbəsinin sədri.
    •       1930-cu il – Borçalı Qəza İcra Komitəsinin sədr müavini.
    •       1931-1935-ci illər – Borçalı Kənd Soveti Deputatlarının sədri; Borçalı rayonunun Prezidium üzvü.
    •       1936-cı il – Borçalı rayonunun İcra Komitəsinin torpaq şöbə müdiri;  Sarvan kəndində kolxoz sədri.
    •       1937-ci il – Marneuli rayonunun Gorarxı( Alqeti) kəndində kolxoz sədri.
    •       1940-1941-ci illər – Saraçlı Kənd Sovetinin katibi.
    •       1942-1945-ci illər – Saraçlıda kolxoz sədri.
    •       1945-1956-cı illər – Saraçlıda kolxoz anbarının müdiri.
    Saraçlı Kənd Sovetinin deputat vəsiqəsi Medal: "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı Medal: 1941-1945 Böyük Vətən Müharibəsində Qələbənin 20 illiyi
    Medal: "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı Medal:Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı  

     

    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (03.09.2018)
    BAXILDI: 15
    BÜTÜN RƏYLƏR: 0
    Adı *:
    Email:
    Bütün smayllar
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 129
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2018                    055 584 04 52