Saraçlı - MƏQALƏLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 13:37
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » MƏQALƏLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Saraçlı

    Fiziki-coğrafi mövqeyi
    Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər –Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 23' 10" şimal enliyi, 44° 43' 00" şərq uzunluğudur.
    25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.

    Tarixi
    Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar. Deməli, gürcü tarixi qaynaqları hələ XVII əsrin sonlarından Saraçlını oturaq kənd hesab etmişlər.
    Saraçlılar XVIII əsrin sonuna qədər Kür çayının sol sahilində Dəmirçihəsənli nahiyəsində (indiki Qardabani rayonu ərazisində) yaşayırdılar. Əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olsa da, əkinçiliklə (daha çox taxılçılıqla) məşğul olanlar da az deyildi. Saraçlılar payız və qış aylarını Qarayazı qışlaqlarında keçirir, yazın sonu və yayda isə Dağ Borçalıdakı dədə-baba yaylaqlarına qalxırdılar.
    1785-ci ilin sentyabrında dağıstanlı Ümmə (Ömər) xan böyük bir qoşunla Qanıx çayını keçib Gürcüstan ərazisinə soxuldu. Xanın əsas məqsədi Rusiyanın himayəsinə sığınmış çar İraklini və gürcüləri cəzalandırmaq olsa da, bu amansız hücumun ilk hədəfi yaylaqdan təzəcə qayıtmış Dəmirçihəsənli kəndləri oldu. Gözlənilməz qətl-qarətlə üzləşən əhali, sözün həqiqi mənasında, pərən-pərən olub dağıldı. Borçalının və ümumən bütün Cənub-Şərqi Gürcüstanın o ağır günlərində dağlıların anlaşılmaz qəddarlığından canını və malını qurtarmaq istəyən bir çox kəndlər kimi saraçlıların bir hissəsi də İrəvan və Qarabağ xanlıqlarına üz tutdu. Borçalıda – dədə-baba yurdunda qalmaq istəyənlər isə xilas yolunu İmircala adlanan yerdə, Arpa qobusunun ayağında gizlənməkdə gördülər. Bir ildən artıq davam edən qətl-qarət rusların köməyi ilə sakitləşdikdən sonra əhali bir daha xaraba qalmış köhnə yurda – Dəmirçihəsənliyə qayıtmadı.
    Yeni yurdda da uzun müddət yaşamaq mümkün olmadı. 1795-ci ilin sentyabrında İran şahı Qacarın Tiflisə hücumu ərəfəsində calanın ağcaqanad və mığmığasından, qara suyun yaratdığı xəstəliklərdən əziyyət çəkən əhali adi bir təsadüf nəticəsində indiki yerinə – Sağsağanlı dərəsinin ətrafına köçüb Qaraqayanın ətəyindəki bulağın və onun suyu ilə yaranmış kiçik gölün ətrafında məskunlaşdı.
    İraklinin ikinci arvadı Dariyadan olan və qardaşı Georgi ilə taxt savaşında Borçalıların dəstəyinə arxalanan Aleksandr Mirzəyə məxsus təmiz havası və suyu ilə fərqlənən bu səfalı yerlər 1801-ci ildə rəsmən saraçlılara verildi. Əldə olan tarixi sənədlər, Gürcüstan Rusiyaya ilhaq edildikdən sonra, Saraçlı torpaqlarının böyük bir hissəsinin milliyyətcə osetin olan kavaler asessoru İsaq Qamazovun mülkiyyətinə verildiyini göstərir. Lakin XIX əsrin ortalarından başlayaraq saraçlılar bu torpaqları onun özündən və sonralar oğlu Artyomdan satın almağa başladılar. Beləliklə, XX əsrin əvvəllərində Qamazovların əlində yalnız Ağalıq bağ deyilən kiçik bir sahə qalmışdı.
    Bolşeviklər Saraçlıya 1921-ci il fevralın sonunda ayaq basdılar. Aşağı Qoşakilsə, Yuxarı Qoşakilsə və Molla Əhmədli kəndlərinin də daxil olduğu Saraçlı kənd icmasının əvəzinə Saraçlı kənd sovetliyi yaradıldı. 1931-ci ilin əvvəllərində isə kənddə kolxoz quruluşuna keçildi.


    Əhalisi
    Etnik azərbaycan türkü olan saraçlılar tarixi qaynaqlara və tədqiqatçıların yekdil rəyinə görə soykök etibarilə qıpçaqların qazaxlı tayfasının qarapapaqlardan sonra ən böyük tirəsidir.
    Saraçlıda bizə məlum olan ilk siyahıyaalma 1727-ci ildə Cənubi Qafqazı tutmuş Osmanlı imperiyasının vergi dəftərdarları tərəfindən aparılmışdır. O zaman saraçlılar Dəmirçihəsənli nahiyəsində yaşayırdılar. "Dəftəri-müfəssəli-əyaləti-Tiflis" adlanan və İstanbul Başbakanlıq Osmanlı Arxivində saxlanan bu vergi dəftərində yalnız kişi cinsindən olan sakinlər siyahıya alındığından (№№441,442) kənd əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyil. 2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə isə Saraçlı kəndinin əhalisi 2841 nəfər olmuşdur ki, onların 48,9%-i kişilər, 51,1%-i qadınlardır. Hazırda əhalisinin sayına görə Saraçlı, rayonun Bolus Kəpənəkçisi, Faxralı, Arıxlı və Darbaz kəndlərindən sonra 5-ci ən iri kəndidir.
    Elmə, savada böyük marağı ilə fərqlənən Saraçlı uşaqları 1919-cu ilədək kənddəki molla məktəblərində təhsil alırdı. Həmin il Saraçlıda ilk dünyəvi məktəb açıldı. Bu dördillik məktəb sovet hakimiyyəti illərində əvvəlcə yeddiillik məktəbə, 1956-cı ildə isə orta məktəbə çevrildi. Hazırda Saraçlı məktəbinin yetirmələri arasında 60-dan artıq alim, yüzlərlə müəllim, mühəndis, həkim, hərbçi, dövlət qulluqçusu var. Onlar Gürcüstan və Azərbaycanla yanaşı Türkiyə, Rusiya və başqa ölkələrdə də çalışırlar
     

    KATEQORİYA: MƏQALƏLƏR | ƏLAVƏ ETDİ: QIKO (26.01.2010)
    BAXILDI: 1704 | RƏYLƏR: 2
    BÜTÜN RƏYLƏR: 2
    0  
    2 QIKO   (27.07.2014 16:55)
    Çox çox səhvin var qardaş başqa kəndlə səhv salırsan Saraçlı elə qədimdən Saraçlı olub.Elə Tiflisdə arxivdədə 300 il əvvəl Saraçlı olaraq yazılıb. Sən Saraçlının qədim adını düşünməkdənsə bu günkü Televarini Mamxutini düşün.

    1 xadica   (09.10.2013 12:29)
    kendim

    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех