77.əl-Mursəlat ( Bir-birinin ardınca göndərilənlər ) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 03:57
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    77.əl-Mursəlat ( Bir-birinin ardınca göndərilənlər )
    77 - əl-Mursəlat        المرسلات
    əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
    (Məkkədə nazil olmuşdur, 50 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);

    2 - And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);

    3 - And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;

    4 - And olsun (haqla batili) ayıranlara;

    5 - And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-

    6 - (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,

    7 - Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!

    8 - Ulduzlar sönəcəyi;

    9 - Göy yarılacağı;

    10 - Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);

    11 - Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,

    12 - (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”

    13 - (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi günə qədər!”

    14 - Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!

    15 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    16 - Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!

    17 - Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.

    18 - Biz günahkarlarla belə rəftar edirik.

    19 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    20 - Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!

    21 - Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,

    22 - Müəyyən bir vaxta qədər.

    23 - Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!

    24 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    25 - Məgər Biz yeri məskən etmədikmi

    26 - Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).

    27 - Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.

    28 - O gün vay halına (bu nemətləri) yalan sayanların!

    29 - (O gün kafirlərə belə deyiləcəkdir: ) "Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!

    30 - Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”

    31 - O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.

    32 - O (hər biri) bir saray boyda qığılcımlar saçar.

    33 - O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.

    34 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    35 - Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.

    36 - Onlara üzr istəməyə izin də verilməz.

    37 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    38 - Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!

    39 - (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!

    40 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    41 - Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,

    42 - İstədikləri meyvə içində olacaqlar!

    43 - (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!

    44 - Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

    45 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    46 - (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)

    47 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    48 - Onlara: "Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!

    49 - O gün vay halına (qiyaməti) yalan sayanların!

    50 - (Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 221
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех