83.əl-Mutəffifin ( Çəkidə və ölçüdə aldadanlar ) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 11:40
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    83.əl-Mutəffifin ( Çəkidə və ölçüdə aldadanlar )
    83 - əl-Mutəffifin      المطففين
    əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
    (Məkkədə nazil olmuşdur, 36 ayədir)
     
    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - Vay halına çəkidə və ölçüdə aldadanların!

    2 - O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

    3 - Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

    4 - Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

    5 - Özü də dəhşətli bir gündə?!

    6 - O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

    7 - Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

    8 - Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)

    9 - O, yazılı bir kitabdır!

    10 - O gün vay halına yalan sayanların!

    11 - O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

    12 - Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

    13 - Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər.

    14 - Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

    15 - Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

    16 - Sonra Cəhənnəmə varid qalacaqlar.

    17 - Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir.

    18 - Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

    19 - Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!

    20 - O, yazılı bir kitabdır.

    21 - Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!

    22 - Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar.

    23 - Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər.

    24 - Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!

    25 - Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.

    26 - Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

    27 - Ona təsnim (suyu) qatılmışdır.

    28 - O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).

    29 - Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.

    30 - (Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.

    31 - Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.

    32 - Onlar (möminləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər.

    33 - Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdir.

    34 - Bu gün isə möminlər kafirlərə güləcəklər.

    35 - Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər).

    36 - Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 199
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех