84.əl-İnşiqaq ( Yarılma ) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 03:56
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    84.əl-İnşiqaq ( Yarılma )
    84 - əl-İnşiqaq      الانشقاق
    əl-İnşiqaq (Yarılma) surəsi
    (Məkkədə nazil olmuşdur, 25 ayədir)
     
    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - Göy yarılacağı,

    2 - Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;

    3 - Yer uzanıb dümdüz olacağı;

    4 - Qoynunda olanları bayıra atıb boşaldacağı;

    5 - Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!

    6 - Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)

    7 - Kimin əməl dəftəri sağ əlinə verilmişsə,

    8 - Onun yüngül haqq-hesab çəkiləcək

    9 - Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!

    10 - Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,

    11 - O: "Ay öldüm!” – deyə şivən qopardacaq,

    12 - Və Cəhənnəmə vasil olacaqdır!

    13 - O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.

    14 - Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.

    15 - Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.

    16 - And içirəm şəfəqə,

    17 - Gecəyə və (gecənin) qoynuna aldıqlarına,

    18 - Bədirlənməkdə olan aya ki,

    19 - Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!

    20 - Onlara nə olub ki, iman gətirmirlər?

    21 - Özlərinə Quran oxunduqda səcdə etmirlər?

    22 - Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.

    23 - Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!

    24 - (Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!

    25 - İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 182
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех