SARAÇLILAR Cümə, 29.03.2024, 13:31
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    87.əl-Ə’la ( Ən uca )
     87 - əl-Əla     الاعلى
    əl-Əla (Ən uca) surəsi
    (Məkkədə nazil olmuşdur, 19 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!

    2 - O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

    3 - O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

    4 - O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

    5 - Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

    6 - (Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan;

    7 - Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

    8 - Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

    9 - (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver!

    10 - (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

    11 - Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

    12 - (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.

    13 - Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)

    14 - (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

    15 - O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

    16 - Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

    17 - Halbuki axirət daha xeyirli və daha baqidir.

    18 - Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -

    19 - İbrahimin və Musanın kitablarında!
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 405
    BÜTÜN RƏYLƏR: 0
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52