89.əl-Fəcr ( Dan yeri ) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 18:10
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    89.əl-Fəcr ( Dan yeri )
    89 - əl-Fəcr      الفجر
    əl-Fəcr (Dan yeri) surəsi
    (Məkkədə nazil olmuşdur, 30 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - And olsun dan yerinə;

    2 - And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);

    3 - And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);

    4 - And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!

    5 - Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!

    6 - (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!

    7 - Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!

    8 - (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.

    9 - (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!

    10 - Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!

    11 - O kəslər ki, məmləkətlərdə tüğyan edir,

    12 - Oralarda çoxlu fitnə-fəsad törədirlər.

    13 - Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.

    14 - Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.

    15 - İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!”–deyər.

    16 - Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.

    17 - Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).

    18 - Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.

    19 - Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).

    20 - Mal-dövləti isə lap çox sevirsiniz.

    21 - Xeyr! Yer dağılıb parça-parça olacağı;

    22 - Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı

    23 - Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!

    24 - O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.

    25 - O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!

    26 - (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!

    27 - (Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!”)

    28 - Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!

    29 - (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

    30 - (Onlarla birlikdə) Cənnətimə varid ol!”
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 213
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех