SARAÇLILAR Cümə, 29.03.2024, 09:29
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Əflatun Saraçlı
                                             Əflatun  Saraçlı                     Şeirlər
     
     
              Saraçlı 
     
    Uşaq idim deyirdim ki, görəsən
    Ölkədimi, dünyadımı Saraçlı
    Böyüdükçə dərk eylədim onu mən,
    Açdı bu qol-qanadımı Saraçlı
     
    Gözüm qaldı torpağında, daşında
    Özüm qaldım dünyanın o başında;
    Həm yaşayır ürəyimin o başında,
    Həm yaşadır öz adımı Saraclı
     
    Ata yurdu, ana mehri səsləyir
    Gəl bu yerdə ömür keçir, gəz deyir;
    Bir gözəldə öz oğlumu gözləyir,
    İndi çəkir övladımı Saraçlı
     

     
              Kənd  həsrəti
     
    Qaytarıb o şirin xatirələri,
    Doğma kəndimizin seyrinə vardım.
    Gəzdim addım-addım tanış yerləri,
    Köhnə dostlarımı aradım-axtardım.
     
    Bu evdə doğuldum bir xoş baharda,
    Burda iməklədim, burda yeridim.
    Tapdım sadəti mən bu dünyada,
    Kim yaddan çıxarar, bu yerləri kim?!
     
    Bu köhnə kitabım,bu da ki, çantam,
    Necə saxlayıblar taxta sazımı.
    Yadımdan çıxmayır, çöldə qoymuşam,
    Dondurub bir gecə şaxta sazımı.
     
    O Şair Əhməddir, o da Göy Vəli,
    Aşıq dostumunda ağarıb saçı.
    O zaman adamın çatardı əli
    İndi göyə dəyir çinar ağacı.
     
    İsə müəllim də göstərir mənə:--
    O köhnə məktəbdi, bu təzə məktəb.
    Elə bil yenidən alıb köksünə
    Özü söhbət açır heybizə məktəb.
     
    Oynatdı ruhumu bahar nəsimi,
    Sandım ki, dünyaya yenicə gəldim.
    Çıxdım güneylərə uşaqlar kimi,
    Dağlara dırmaşdım, enişə gəldim.
     
    Sən ey doğma kəndim, böyü, çiçəklən,
    Mənim gəncliyim də gülsün səninlə.
    Burda keçirdiyim bircə günü mən
    Vermərəm qürbətdə keçən yüz ilə.
     

     
            Qoca dağdağan
     
     
    Saraçlı kəndində bir dağdağan var,
    Deyirlər min ilə yaxındır yaşı.
    Keçib başı üstən neçə qış, bahar.
    Neçə sevinc görüb, neçə göz yaşı.
     
    Dörd yol ayrıcında bitib dağdaöan,
    Bura Saraçlının düz mərkəzidir.
    Bəlkədə heykələ dönüb bir zaman,
    Ya Babək, Koroğlu, ya da Həzidir !.
     
    Yoxsada soraqsız cəbhədə qalan,
    Neçə döyüşçünün abidəsidir.
    Yarpaq pıçıltısı bəlkə o vaxtdan,
    Nəməlum əsgərin ana səsidir.
     
    Bəlkə ona görə kənd adamları,
    Həmişə yığışır onun başına,
    Gör necə eyləyib bənd adamları,
    Min şükür deyirlər yaranışına.
     
    Bir kəsi evində tapmasan əgər,
    Bil ki, dağdağanın dibində olar.
    Burdan eşidilir hər təzə xəbər,
    Burda görüşürlər bizim qocalar.
     
    Oğlanlar bulaqdan gələn qızları,
    Həmin dağdağanın dibində gözlər,
    Bəzəndə eşqində vəfasızları,
    Burda birləşdirər cığırlar izlər.
     

     
            Ay Hüseyn əmi
     
    Bu elə gərəkdin sən indən belə,
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
    Qabaqda nə qədər toylar var hələ,
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
     
    Dedim yetmiş nədir yüzü yaxala.
    Həyat gözəlmiş ömür çoxala.
    Demədim can yana, ürək yaxala,
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
     
    Usta sənətini taraz gözləyər,
    Təbriz həsrət çəkər, Araz gözləyər;
    Hələ neçə - neçə muraz gözləyər,
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
     
    Elin Qurbanisi, Ələsgərisən,
    Həm sənət ustası, həm əsgərisən.
    Vaxtsız hardan tapdın dərdi-səri sən?
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
     
    Əflatun Saraçlı eldən ayrılmaz,
    Bülbül həsrət çəkər, güldən ayrılmaz,
    Elin sənətkarı eldən ayrılmaz,
    Nə tez köç eylədin, ay Hüseyn əmi.
     

     
                 Getdi
     
    Eyləyə bilmədi axır toyunu,
    Bu eldən, obadan bir ozan getdi.
    Boş qoydu sənətin şah sarayını,
    Son buta görməmiş dünyadan getdi.
     
    Dərd yaman dərdiydi, sağalmaz oldu,
    Biz ustadlardan qalan söz oldu.
    Sadıq Xındı Məmməd, Əmrah az oldu,
    Sənət dünyasından bu sultan getdi.
     
    Bağ verdi barını, bağban tapmadı,
    Bülbül nalə çəkdi, dərman tapmadı,
    Əflatun Saraçlı loğman tapmadı,
    Hüseyn Saraçlı nigaran getdi.
     

     
     Dostuma məktub
     
    Saraçlının meşəsindən
    Göllücənin güşəsindən
    Bülbüllərin nəşəsindən
    Gəldim imana – imana...
     
    Dolan Gözəl dərəsindən,
    Qoca ceviz bərəsindən,
    Qaymağından, kərəsindən,
    Göndər bu yana, bu yana.
     
    Kəhriz yenə durudumu ?
    Quru dərə qurudumu ?
    Müəllimin Nurudumu ?
    Gəlsin imana – imana...
     
    Qara bulaq soğulurmu ?
    Çayda uşaq boğulurmu ?
    Yenə gözəl doğulurmu ?
    Düşdüm gümana – gümana.
     
    Qara qaya qaralırmı ?
    Yurd yerini qar alırmı ?
    Döşdə sünbül saralırmı ?
    Gedək samana – samana...
     
    Dərzdən yığılırmı taya ?
    Qızlar tökülürmü toya ?
    Salam yetir o Şəhlaya—
    Qaşı kamana – kamana...
     
    Aşıq Hüseyn düşməz ələ,
    Daha gəzməz eldən – elə;
    Dağlar bürünürmü selə,
    Qar, dumana – dumana...
     
    Çalış özün inci dər, ək,
    Qonaq gələk, inci dərək,
    Sonaları incidərək
    Qıyma oyana – oyana...
     
    Qəm – qübarı dəf eyləyin,
    Məclis qurun, kef eyləyin,
    Boy boylayın, söy söləyin,
    Gələk oyana, oyana...
     
    Əflatun Saraçlı az yan,
    Yara yetməz hər sızlayan,
    Bağda ağlar qalmaz bağban,
    Keçər zamana – zamana...
     

     
                   Borçalı

    Odlar diyarından olmayıb uzaq,
    Qafqazın qoynunda dürdü Borçalı.
    Bir yandan Göyçədi,bir yandan Qazax,
    Bir yandan Tiflisdi, Kürdü Borçalı.

    Şahiddi Qıratın hər ayaq izi,
    Büküldü meydanda düşmənin dizi.
    Qoy tarix dil açıb danışsın özü,
    Dünyada gör nələr gördü Borçalı.

    Havası dərmandır, yeri cəvahir,
    Təbiət bülbüldü,insanlar şair.
    Dostluqda vəfalı, sənətdə mahir,
    Döyüş meydanında şirdi Borçalı.

    Koroğlu cürətli, Səməd söhbətli,
    Leyla sədaqətli, Şirin qeyrətli,
    Açıq süfrələri nazlı-nemətli,
    Bizimlə xoş dövran sürdü Borçalı.

    Hələ deyilməmiş cox dastanı var,
    Neçə Şaiqi var Nərimanı var,
    Qoy dinsin Hüseyn, Əmrah, Kamandar,
    Aşıq sənətində birdi Borçalı.

    Bura mehribandı, xoşdu hər kəsə,
    Can qurban eyləyər biri can desə,
    Kim ki, Əflatunu görmək istəsə,
    Eli Saraclıdı, yurdu Borçalı.
     

                                                                                                         Şeirlər
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (06.03.2010)
    BAXILDI: 1387 | RƏYLƏR: 2
    BÜTÜN RƏYLƏR: 2
    +1   Спам
    2 mustafa karaismailoglu   (07.12.2011 03:22) [Material]
    insallah bu yaz 2012 yazında bu bogeyi zıyarete gıdecegım..saracı borcalı civarını....

    +1   Спам
    1 mustafa karaismailoglu   (07.12.2011 03:21) [Material]
    muthish....cok guzel....bayıldım...

    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52