SARAÇLILAR Cümə, 29.03.2024, 11:38
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Hüseyn Saraçlı

                                                    Şeirlər

     
            
     
              Adlanıram mən
     
    Sinəmə basanda sədəfli sazı
    Elə bil səfərə atlanıram mən
    Gah Koroğlu kimi çəkirəm nərə.
    Gah da Kərəm olub odlanıram mən.
     
    Arzular ürəkdə qol qanad açır
    Nəğməli sinəmdə min dastan yatır
    Nə vaxt ki, sevgilər murada çatır
    Sevincə bürünüb şadlanıram mən.
     
    Əzəldən bir şirin dilə vuruldum
    Sazımda səslənən telə vuruldum
    Bu dogma obaya elə vuruldum
    Hüseyn Saraçlı adlanıram mən.
     

     
      
                   Sazım
     
    Genişdir sinəsi söz meydanında
    Həmişə könüllər alandı sazım
    Ağardıb üzümü ellər yanında
    Gözəl el havası çalandır sazım
     
    Qəribi vaxtında yara yetirən
    Oğul evləndirən, gəlin gətirən
    Kamil ustalardan dərsin götürən
    Ələsgəri yada salandı sazım.
     
    Məndən üz çevirib ayrılmaz bir an
    Yaxşıya yaxşıdır, yamana-yaman
    Kərəmin eşqindən alışıb yanan
    Hüseynin dərdinə qalandı sazım
     
     

    GEDƏR

    Çay qırağında bostan əkmə,

    O, bitsə də selə gedər.

    Bir övlad ki, bedasıldı

    Günü-gündən dala gedər.

     

    Zimstanda çıxma dağa

    Yaxşı dosta can sadağa.

    Qalmaqallı bir yığnağa.

    Salam versən yelə gedər.

     

    Saraçlıyam, deyim düzün,

    Budur ataların sözü.

    Qoca kişi cavan qızı

    Alsa durmaz elə gedər.

     
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.06.2010)
    BAXILDI: 1310
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 130
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52