Nizami Saraçlı - ŞEİRLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar ertəsi, 05.12.2016, 08:25
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Nizami Saraçlı

                                                             Nizami Saraclı                                Şeirlər
     
     KƏNDİMİN
     
    Saz­lı-söz­lü bir di­ya­rın oğ­lu­yam,
    Qoy bir de­yim nə­lə­ri var kən­di­min.
    Dəm­yə­lər­də daş­dan çö­rək çı­xa­ran,
    Qa­bar-qa­bar əl­lə­ri var kən­di­min.
     
    Yel apar­maz oca­ğı­nın odu­nu,
    Heç gö­dəl­məz Göl­lü­cə­nin odu­nu,
    Şiş­gü­nöy­də şim­şək ütər otu­nu,
    Boz du­man­dan tül­lə­ri var kən­di­min.
     
    Ağ ev­lə­ri o toy - bu toy dü­zü­lüb,
    Ot ba­sıb­dı yo­lu izi nə­zi­lib,
    Gö­zəl­lə­ri sə­hə­ng alt­da əzi­lib,
    Min ətir­li gül­lə­ri var kən­di­min.
     
    Qa­ra bu­lud bə­yaz qı­zın sa­çı­mı,
    Əm­lik qu­zu süf­rə­si­nin ta­cı­mı,
    Qız­mar sə­ma ba­şı üs­tə sa­cı­mı,
    Tel oy­na­dan yel­lə­ri var kən­di­min.
     
    Ha göz­lə­yər ge­ri dön­məz ge­də­ni,
    Hey ara­nar bir ta­pıl­maz itə­ni,
    Ya­da sal­ma hər ba­şın­dan ötə­ni,
    Ağı de­yən dil­lə­ri var kən­di­min.
     
    Tor­pa­ğı­nı bö­lük-bö­lük böl­dü­lər,
    Soy adı­nı dəf­tər­lər­dən sil­di­lər,
    Sa­raç­lı­nı bir öl­müş­mü bil­di­lər,
    Qə­ləm tu­tan əl­lə­ri var kən­di­min!
     

     
         ÇİÇƏK QANI
     
    Bu çiçəyə nə olub
    Odu canına düşüb
    Bişib-bişib ömrü
    Yazın sonuna düşüb
     
    Ay çiçək nədir adın
    Söz vurmamış qanadın
    Olma toxumun yadın
    Dəyirmanına düşüb
     
    Ay çiçəyim mənimdə
    Od gəzir bədənimdə
    Bu doğma vətənimdə
    Qolum yanıma düşüb
     
    Ürəyimdi əllərdə
    Hey yellənir yellərdə
    Çimib qanlı sellərdə
    Çiçək donuna düşüb
     
    Çoxdan öyrəçib yağı
    Bu yurdu talamağı
    Qurdların ulamağı
    Xoruz banına düşüb
     
    Göydə ulduz neçədi
    Bax-bax yarıgecədi
    Hər ulduz bir qönçədi
    Insan qanına düşüb
     
    Bu qan kimin qanıdı
    Bu qan şəhid qanıdı
    Bakım qəm ümmanıdı
    Şehi qanuna düşüb
     

     
            Ağ atımın yalmanı qara 
     
    Ağ atımın yalmanı qara
    Qara başım qurban sənə ey atım
    Məni bu yollara yolçu eylə
    Bu yollara çapar eylə
    Cilovunu buraxmışam apar elə
    Harayacan apara bilsən
    Sənə güvənmişəm onunçün belə
    Apar məni apar elə
     
    Ağ attımın üzü ağ dərisi qara
    Dırnaqların ucu qara
    Gözlərinin altı qara
    Qara başım qurban sənə atım
    Apar məni gündoğana
    Apar məni halölənə xəyalölənə
     
    Ağ atımın gözləri qara
    Qulaqlarının ucu qara
    əli ovcu qara
                         quluncu qara
    Qara başım qurban sənə atım
    Bir ilxıya qatıl görüm
    Bu mığmığalı çivinli dünyada
     
    Ağ atımın dili qara
    Yəhər altda beli qara
    Qaşqasında kəkili qara
    QARA…QARA…ayağında səkili qara
    Arxasınca quyruğu
    Quyruğu ucunda kölgəsi qara
    Qara başım qurban sənə atım
    Bu qara gündə keç bu qaranlıqdan
    Yar bu dumanlığı
    Aş bu samanlığı
    Arpa desən arpa məndə
    Anadan ağ doğulanlar
    20 yanvar gecəsi
    Belə qaraldılar bu vətəndə
     
    Göy damarından fışqıran qanı qara
                              Yanı qara
                                              Yançağqara
    QARA…QARA.üz qoyduğu torpağı qara 
    Qara başım qurban sənə atım
    Bir ağlıq qarışacaqmı bu qaranlığa
     

     
                ALLAHSIZ DƏRD
     
    Ona bax allah ona bax
    Dərdim necə böyüyür
    Ona bax allah ona bax
    Dərd üstümə yeriyir
     
    Ah zalım dərd azman dərd
    Məni qovub teylədin
    Bir vaxt mən də mərd idim
    Niyə namərd eylədin
     
    Ona bax allah ona bax
    Dərd üstümdən adlayır
    Mənə bax allah mənə bax
    Kölgəm it tək ulayır
     
    Ah zalım dərd azman dərd
    Yazığın gəlməz mənə
    Həyat-dələduz qanlı
    Ruhumu ağlar qoyub
    Pəri tək gülməz mənə
     
    Ona bax allah ona bax
    Dərd dumandı qapqara
    Mənə bax allah mənə bax
    Köynəyim para-para
    Ürəyim qanlı yara
     
    Dərd olanda nə olar
    Dərdin insafı yoxdu
    O da bir anadan doğulmayıbmı
    Onunda allahı yoxdumu
     
    Vallah bu dərdinanası allahı yoxdu
    Allahı vallahı yoxdu
    Öz-özündən böyükdü
    Günühı günahımdan çoxdu
     
    Mən ömrüm boyu dərdimi qinamadım
    Çətinə çəkib sınamadım
    Hər əzabına dözdüm
    Namırd çıxacağın unamadım
    Bu dərd dərdimsə məni çarmıxa çəkdi
    Bədoy at tək meyidimi çığnayıb keçdi
    Dönüb üstümə ağnayıb keçdi
    Dedim belə dərd olar
    Belə dərd sahibinin yurd yuvası vird olar
    Ona bax allah ona bax
    Dərd üstümə yeriyir
    Yeriyir yeriyir üstümə
    Ağzı qanlı sel kimi
    Yeriyir yeriyir üstümə
    Yurdsuz qalan el kimi
    Bu el mənim elimdi
    Eh seldəki göz yaşım
    Yırğalan çiynim üstə
    Yırğalan dərdli başım
    Artıq əzəl axırdı
    Yaşamaq ağırdısa
    Ölmək daha ağırdı
     

     
             Bir dam altda beş ölü
     
    Bir dam altda beş ölü
    Kişiyi üç yaşında
    Qovun şeyda bülbülü
    Durub ağı deməsin
    Yaşıl ağac başında
                                    Ədavət olar
     
    Bir dam altda beş ölü
    Böyüyü ana yaşında
    O olubdur evində
    Azədəlik vaxtında
    Azadlıq vaxtında
    Susun səsə salmayaq
                                      Cinayət olar
     
    Bir dam altda beş ölü
    Beş ölüdən qalmayıb
    Bir ovuc insane külü
    Qovun şeyda bülbülü
    Pünhan ağı deməsin
    Aşkarlıq işığında
                                     Xəyanət olar
     
    Bir dam altda beş ölü
    Beş qaşıq insan külü
    Tabutcuya deyin ki
    Bir qutu düzəltsin
    Yığaq bu külü
    Birdə bir kiçik tabut
                 Dəfn etməkçün bülbülü
    Bir dam altda beş ölü
    Bülbüllə altı oldu
     

    Borçalı
    (Poema) 
     
    Borçalımız saz yurdudu
    hər aşığı bir ordudu,
    ayrılıq ceviz qurdudu,
    yedi bizi içimizdən,
    ayrı saldı köçümüzdən.
     
    Orda binəm – binnətim var,
    külü küldə külfətim var,
    türk kəsiyi millətim var,
    yurd kəsiyi ana torpaq,
    rüzgarlarda yaşıl torpaq...
     
    Can Borçalım iki gözöm,
    atam – anam şirin sözüm,
    qurban demem, qurban,-özüm,
    ey dağların yaz maralı,
    mən dərdliyəm, sən yaralı...
     
    Gözəl yurdum, tamaşasan,
    dərdlərimlə baş-başasan,
    dahada xoşbəxt yaşasan,
    tez tapılar itiyimiz,
    kədər bilməz kiçiyimiz..
     
    Yurdum səni sevmək azdı,
    Neyləsək nəzir niyazdı,
    Imzamizi fələk pozdu,
    Qələm götürdüm dəstimə
    Yeridim dərdin üstünə
     
    Vətəni gülzar istədik
    Dövlət umduq var istədik
    Axır qışda qar istədik
    Onuda verən olmadı
    Bu dünya viran olmadı
     
    Tapındəq öz soyumuza
    Su qatmadıq suyumuza
    Yasımıza toyumuza
    Gələn-gəldi qol götürdü
    Gılməyən köksün ötürdü
     
    Vüsal bizim hicran bizim
    Arzumuzdur turan bizim
    Doğama Azərbaycan bizim
    Sazımızın sədasıdı
    Lap ujruma çatasıdı
     
    Qoy var olsun hicranımız
    Unudulsun mılalımız
    Yıldızlara vüsalimiz
    Çiçək açsın ləçək-ləçək
    Üç rəngli türk bayrağı tək
     
    Sazımızı duya gəlsin
    Uğrunda can qıyan gəlsin
    Gecikibsə,dayan gəlsin
    əl verin xoş sabahlara
    son qoyulsun günahlara
     
    heyranam elin yazına
    sərt qışına yazına
    don açıla ,ayaz sına
    ot bitə quzu səsinə
    dönəm bir el nəğməsinə
     
    Borçalımız bağ yeridi
    Bir az ötdün,-dağ yeridi
    Sınıq körpüdən bəri
    Var olduqca birliyimiz,
    Bar verəcək dirriyimiz
     
    İnşallah ,qış qar gətirər
    Qaranquş bahar gətirər
    ərdəmli ər yar gətirər
    dağın o üz,bu üzündən
    qulaq batar toy səsindən
     
    El şairi bizim Nəbi
    Burdan alıb coşqun təbi
    Keçdiyi həyat məktəbi
    Sözün deyib kəsə-kəsdə
    Bina olub xəncər üstə
     
    Yurdum ,gəlsəm  qinağına
    Çıkmə çörək sinağina
    Qurban olum torpağına
    Hərdən dərdlə qıllıq məzə
    Baxtımızı gəzə-gəzə
     
    Biz bir ruhuq, biz bir bədən
    Düzülmüşük çətən-şətən
    Bizə Neylər yoldan ötən
    Haq bizdədi,haq söylərik
    Birimizi beş elərik
     
    Axar aydın sular kimi
    Havalanar qular kimi
    Yaşarı arzular kimi
    Qanadlıdı Borçalımız
    Indlıdı Borçalımız
     
    Bu ellər bizim ellərdi
    əzizim-gözüm ellərdi
    bağlardakı bülbülərdi
    yuvam deyə yanan quçlar
    o nəğmğli kaman quçlar...
     
    Gülə-gülə bənd edəydim
    Sözü kiçmiş-qənq edəydim
    Qolunu kəmənd edəydim
    Salaydım yar boynunamən
    Dolaşaydım çəmən-çəmən
     
    Borçalımız min oymaqlı
    Hər oymağı min çıraqlı
    Yaranışdan xoş soraqlı
    Yaşıl donlu bir mahaldı
    Nə,arzudur,nə xəyaldı
     
    Başkeçiddən baş alan çay
    Gözümüzdə yaş olan çay
    Gedib kürə qovuçan çay
    Ürəyidi Borçalının
    Diləyidi Borçalının
     
     
     
    Aşıq deyər budur öyüd
    Balaları məğrur böyüt
    Vallah qəlbi bütöv igid
    Bir qoyunda verməz qurda
    Göz çəkdikcə ana yurda
     
    Yurdum səni unutmadıq
    Xatirin ucuz tutmadıq
    Gecələr yuixu yatmadıq
    Hey gəzdik yağı tuşunda
    Qalalı dağlar başında
     
    Məskənimdi borçalı
    Boz oğuzlu,boz çalıdı
    Bəlkədə Bozca Alıdı
    Hər gün qılınc çalan burda
    Könlümüzü alan burda
     
    Möhkəmdi yurdun təməli
    Dəllərimdə neçə dəli
    Giziroğlu Çənlibeli
    Aramasın uzaqlarda
    Bax burdadı burda
     
    Siz ey qarapapaq elim
    Qıvraq atlı Qıpçaq elim
    Bölünsəndə dilim-dilim
    Yenə sizdən deyəcəyim
    Tükənincə yeyəcəyim
     
    Qəlbimizdə çiləmiz var
    Həsrətli goz giləmiz var
    Itgin düçşmüş Lələmiz var
    Qalıb sazı çiynində
    ərzurum gədiyində
     
    Biz gəzəydik yurdlar ilə
    Ulaşaydıq dərdlər ilə
    Fürsət tapıb qurdlar ilə
    Dost qardaş tək bağlaşaydıq
    Göz dolusu aölaşaydıq
     
    Gözümüz durna köçündə
    əlləimiz iş-gücündə
    din bəslədik din içində
    Aman-aman Aşıq Qərib
    Sən də, qərib məndə qərib
     
    Hey anıb yurd yerimizi
    Becərdik dərd sərimizi
    İşğal etdi özümüzü
    Gözü tökülmüş ayrılıq
    Beli bükülmüş ayrılıq
     
    Biz Şeyx Sənan olmadıq
    Xaç suyuina salınmadıq
    Bir tərsayə vurulmadıq
    Yüz illər dözdük zillətə
    Görk olduq əhli millətə
     
    Yenə ovqat o ovqatdı
    Deməynən halım babatdı
    Buda bir cür zarafatdı
    Yaza çıxdı oylağımız
    Mart gözünə barmağımız...
     
    Başımız çox bəla çəkdi
    Ayaq altda torpaq çökdü
    Bənovşələr boynun bükdü
    Bircə şirin spzdən yana
    Doöma cığır izdən yana
     
    Nə yaxşə yurd yerindədi
    Aşıqların şerindədi
    Elin kökü dərindədi
    Öz kökünə calanıbdır
    Kökü üstə talanıbdır
     
    Ağca qalan ağlar qalıb
    Bürc dağılıb bağlar qalıb
    Sinəmizdə dağlar qalıb
    SULTAN YAQUB izin ağlar
    Bizə baxan gözü ağlar
     
    Demə olan oldu keçdi
    Gələn qondu qonan köçdü
    Deynən hamı əkdi bişdi
    Yenə qaldı yalan dünya
    Süleymandan qalan dünya
     
    Aşıq cox arzun göyçədi
    Dərdim yerdən göyəcəndi
    Son itkim ulu göyçədi
    Sərxoşluğun Göyçəgülü
    Çox oynayım dəli-dəli
     
    Bu yaşımda ay pir olmuş
    Demə balan kafir olmuş
    Yox-yox yurda əsir olmuş
    Elə cal gülüm oynasın
    Yel vursun külüm oynasın
     
    Üstündəndə bir bayatı
    Yandırsın eli elatı
    Yoxsa ömür bir urvatı
    Dəyməz dözüb hər zillətə
    Qalmaq qurdla qiyamətə
     
    Şən ocaqlar gur alışar
    Sevdalanar hürr alısar
    Borçalısız KÜR alısar
    Otlar bitər xram üstə
    Yaram simlər yaram üstə
     
    Hər işimiz qədər yazı
    Nəvə-nəticə murzl
    Özümüz bir bəy libası
    Yurda bir bayraq bəzədəm
    Kölgəsində öləm itəm
     
    Gəl keçmişi yad eyləyək
    Gələcəyə ad eyləyək
    Bayraq-bayraqdar söyləyək
    Ana yurdum BORÇALIYA
    Ata yurdum BORÇALIYA 
     
     
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (25.06.2010)
    BAXILDI: 1116
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех