Tariyel Qəribli - ŞEİRLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 18:14
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Tariyel Qəribli
     
                                                          Ta­riyel Qə­rib­li                             Şeirlər
     
                  SARAÇLI
     
    Sı­ğı­nıb dağ­la­rın ya­şıl qoy­nu­na,
    Ye­nə gü­lüs­ta­na dön­dü Sa­raç­lı.
    Ya­yı­lıb sə­da­sı bü­tün ca­ha­na,
    Dil­lər­də söy­lə­nir in­di,Sa­raç­lı.
     
    Qə­dim adə­ti­dir qo­na­ğa hör­mət,
    Yol­da­şa sə­da­qət, dos­ta mə­həb­bət,
    Şad­lıq bə­xş ey­lə­yib ona tə­biət,
    Ya­ran­dı­ğı gün­dən şən­di,Sa­raç­lı.
     
    Bi­li­rəm dün­ya­da yax­şı­lıq it­məz,
    Na­mər­din ba­ğın­da ti­kan da bit­məz,
    Öm­rün­də heç kə­sə xə­ya­nət et­məz,
    Xə­ta­dan, bə­la­dan gen­di,Sa­raç­lı.
     
    Bu el­dən güc alıb ne­çə sə­nət­kar,
    Aşıq Hü­sey­ni var, Əf­la­tu­nu var,
    Hər yer­də ta­nı­nır Za­hid­lə, Ya­şar,
    Elm­də, hü­nər­də ön­dü,Sa­raç­lı.
     
    Bül­bü­lə gül­şə­ni, gü­lü şi­rin­dir,
    Öv­lad­la­rı məğ­rur, di­li şi­rin­dir,
    Hər kə­sə öz yur­du eli şi­rin­dir,
    Ta­riyel Qə­rib­li­yə kən­di, Sa­raç­lı.
     

              ANA QORXUSU
     
    Göydə gurultu salıb
    təyyrələr uçanda
    Diktor yad ölkələrdən
    Efirdə söz açanda
    Təlaş keçirib yaman
    Narahat olur anam
    Deyirəm ki anacan
    Nədəndir Söylə görək
    Səndə bu vahimələr
                Narahatlıq 
                          Həyacan
    O deyir kövrələrək
    Nə bilim ay bala mən
    Dilim ağzım qurusun
    Deyirəm yenə birdən
    Boşaldıb ürəyini
                   söhbəti bitirmir o
    MÜHARİBƏ sözünü 
                   dəhşətli ən ağır
                               acı bir kəlmə kimi
    Dilinə gətirmir o

                 HƏDSİZLİK
     
    Elə yerindəyəm təbiətin mən
    Gözəllik içində itib batmışam
    Yapışıb buludun ətəklərindən
    Dağın zirvəsinə gedib çatmışam
     
    Buradan aydınca görünür hər yan
    Sağ tərəf meşədi sol tərəf dərə
    Aşagı baxıram sankin bir zaman
    Gül çiçəək yığıbdır çəmənliklərə
     
    Görürəm dərənin düzün həddi var
    Sığır bu ölçüyə həm meşə həm dağ
    Görürəm hər şeyin bir sərhəddi var
    Yoxdur gözəlliyin sərhədi ancaq
      
     

                 BU NƏ İŞDİ DƏDƏ QORQUD
     
    Ölçüb biçdin hər kəlməni
    Danıçanda havayı sən
    Ad qoymaqda yanılmadın
    Dördcə sözdən savayı sən
    Qaranlığa zülmət dedin işığa nur
    Seçdin sən öz vədəsində
    Yaxşı odur
                     Yaman budur
    Adı kimi uca tutub
    MƏRD çağırdın ərənləri
    NAMƏRD deyə damğaladın
    ər oğluna yaraşmayan
    nahaq bir iş görənləri
    ulu kimi soy söylədin
    ulu kimi boy boyladın
    Nəyi gördün bu aləmdə
    Nə ad verdin
                         Yaraşdırdın
    Tək dördünün adı ilə
    Mənasını qarışdırdın
    O zamanlar
            Sən cəmisi dördcə sözün
                  adını düz deməmişdin DƏDƏ QORQUD
    Amma indi
               ...AĞI qara
                         Qaranı ağ eyləyən var
     Düzə əyri
                            əyriyə düz söyləyən var
    Bu nə işdi DƏDƏ QORQUD

    Şairin və əziz müəllimmizin yeni kitabı çıxıb,
    xahiş edirəm olanlardan göndersin.
     
     
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (24.06.2010)
    BAXILDI: 1013
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех